AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər planet ölçüsündə almaza çevrilən ulduzu kəşf ediblər

20.06.2023 /

Astronomlar aşkar ediblər ki, Yer kürəsindən təqribi olaraq 104 işıq ili uzaqlığında yerləşən ağ cırtdan (termonüvə enerji mənbəyinə sahib olmayan elektron-plazma tərkibli ulduz növü) yavaş şəkildə kristallaşaraq planet ölçüsündə almaza çevrilir. Bu kəşf ulduzların çoxunun aqibətlərinin necə olduğu barəsində mövcud nəzəriyyələri qismən təsdiqləyir. Avropa Kosmik Agentliyinin (ESA) Gaia adlı teleskopu vasitəsilə əldə edilmiş məlumatlar sayəsində güman etmək olar ki, ağ cırtdan 3 ulduzdan ibarət olan HD 190412 adlı sistem ilə qravitasiya əlaqəsinə sahibdir. Aparılmış müşahidələr onu göstəriblər ki, ağ cırtdanın nüvəsi kristallaşma prosesindədir.

 

Bu isə öz növbəsində ulduzun yaşını təyin etməkdə mane ola bilər. Adətən bu cür ulduz sinifinə daxil olan ulduzların yaşı 7.4 milyard il təşkil edir. Lakin kəşf edilmiş bu ağ cırtdan bir qədər cavan ulduzdur. Onun yaşı təqribi olaraq 4.2 milyard il təşkil edir. Ağ cırtdan ulduzun həyat dövrünün son mərhələsidir. Ulduz adətən bu hala bütün hidrogen ehtiyatını yandırıb bitirəndən sonra çatır. Bu mərhələdə termonüvə reaksiyası nəticəsində ulduzun xarici layları aradan qalxır və çox sıx nüvə ortada qalır. Həmin nüvə məhz ağ cırtdan adlanır. Daha böyük kütləli ulduzlar isə öz hidrogen ehtiyatını yandırıb bitirəndən sonra qara dəliyə çevrilə bilirlər.

 

İlkin mərhələdə ağ cırtdanların temperaturları hədsiz dərəcədə yüksək olur. Lakin tədricən onlar soyuyurlar və kristallaşmağa başlayırlar. Nəticədə bu cür ulduzlar soyuq və qara obyektlərə çevrilirlər. Onların tərkibləri isə bu halda almazın tərkibini xatırladırlar. Alimlərin sözlərinə əsasən bu prosesin yekunlaşması üçün böyük ehtimal ilə 13.8 milyard ildən daha çox zaman lazımdır. Yəni ağ cırtdanın kristallaşma prosesinin bitməsi üçün Böyük partlayışdan indiyənə kimi keçmiş zamandan daha çoxu lazımdır. Bu səbəbdən böyük ehtimal ilə kainatda qara cırtdan kimi obyektlər hələ mövcud deyil. Bəzi fikirlərə əsasən Günəş də daxil olmaqla Süd Yolu qalaktikasındakı ulduzların 97%-ni məhz bu cür aqibət gözləyir. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap