AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Applied and Computational Mathematics” beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 2-ci yerə yüksəlib

04.07.2023 /

“Applied and Computational Mathematics (Tətbiqi və Hesablama Riyaziyyatı)” beynəlxalq elmi jurnalının təsir əmsalı (Impact Factor) 4.771-dən 10-a qalxıb. 5 illik təsir əmsalı isə 3.172-dən 5.2-yə yüksəlib.

 

Jurnal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Dövlət Universitetinin (BDU) nəzdində olan Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi, Elm və Təhsil Nazirliyinin (ETN) İdarəetmə Sistemləri İnstitutunun dəstəyi ilə dərc edilir.

 

Jurnal dünyada riyaziyyat, tətbiqi riyaziyyat kateqoriyası üzrə “Web of Science Core Collection” siyahısında olan 267 jurnal arasında 2-ci, Avropa İttifaqında isə 1-ci yerdə qərarlaşıb. Əvvəlki illərdə olduğu kimi, MDB ölkələri sırasında öz liderliyini qoruyub saxlayır. Həmçinin bildirək ki, 267 jurnal arasında 1-ci yerdə olan “SIAM REVIEW” jurnalının (ABŞ) təsir əmsalı 10.2-dir.

 

Qeyd edək ki, 2008-ci ildə jurnal “Thomson Reuters (indiki Clarivate Analytics)” agentliyinin “Science Citation Index Expanded” siyahısına daxil edilib. Bu təşkilatın illik hesabatına əsasən (2009 Journal Citation Reports) 2010-cu ildə jurnal Azərbaycan elm tarixində ilk dəfə olaraq 0.633 təsir əmsalına layiq görülüb.

 

Jurnalın fəxri redaktoru İllinoys Universitetinin (ABŞ) professoru Tamer Başar, baş redaktorları BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, ETN-in İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Doğu Akdeniz Universitetinin (KKTC) professoru Nazim Mahmudov, BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi katibi dosent Nərgiz Səfərova, icraçı redaktoru isə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Nazilə Hacıyevadır. Redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən tanınmış alimlər cəlb olunublar.

 

Jurnalın bu günə qədər 57 sayı çapdan çıxıb. Bu nömrələrdə dünyanın 50-dən artıq ölkəsini təmsil edən müəlliflərin 600-dək məqaləsi dərc olunub. İldə dörd nömrə olmaqla, jurnalda müasir tətbiqi və hesablama riyaziyyatının aktual istiqamətlərində əldə edilən yüksək səviyyəli, əsaslı rəydən keçmiş ən son elmi nəticələr çap olunur. Hazırda jurnalın 500-dən çox tanınmış rəyçisi var. Nəşr olunduğu 22 il müddətində jurnal 50-dən artıq ölkədən 200 beynəlxalq müəssisə ilə elmi mübadilə aparıb.

 

mincom.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap