AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

03.07.2023 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı artaraq M və X sinif alışmalar baş vermişdir. Son maksimum sinifli alışma - X 1.08 (R3) 2 iyulda qeydə alınmışdır. Alışmaya bağlı CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) müşahidə olunmamışdır. Hal-hazırda Günəşin səthində 7 ləkə qrupu və 126 ləkə müşahidə olunur. Hesabat dövrü ərzində Günəş fəallığı nəticəsində II və IV tip radioemissiya, 29 iyunda II dərəcəli qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəşin səthində Tac dəlikləri müşahidə olunur, bu Tac dəlikləri geoeffektiv deyil.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron yüksək səviyyədə (maks: 3512 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyi hesabat dövründə sürətlənmiş, maksimum sürət 646 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 12 nT, radial istiqamətdə isə -10 nT-yə çatmışdır. Hal-hazırda isə Günəş küləyinin sürəti 404 km/san planetlərarası maqnit sahəsinin qiyməti 5.05 nT, radial istiqamətdə isə 0.98 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və qeyri-stabil səviyyələrdə olmuş, 25 iyunda qısa müddətli G1 (zəif) geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsi sakitdir  (Kp=2).

Kosmik hava proqnozu – Proqnoz günlərində (3-9 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və orta səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 3354 oblastındakı fəallıqla əlaqədar olaraq S1 səviyyəsinə qalxacağı ehtimal olunur.

Günəş küləyinin sürətinə 4-5 iyulda mənfi qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) zəif təsiri gözlənilir.

Geomaqnit sahəsinə də 04-05 iyulda mənfi qütblü CH HSS-in təsiri, həmçinin 9 iyulda Kp indeksinin 4-ə yüksəlməsi gözlənilir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap