AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması missiyası ləğv edilə bilər

17.07.2023 /

ABŞ Senatı NASA-nın Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması üzrə iddialı missiyasına əlavə maliyyənin ayrılması sorğusunu tam şəkildə təsdiqləməyib. NASA özünün Mars Sample Return (MSR) missiyası üzrə 2024-cü il üçün 949 milyon dollar vəsait istəyirdisə, senatorlar yalnız 300 milyon dollar vəsaitin təqdim edilməsini qərarlaşdırıblar. Ümumilikdə missiyanın özü baş tutmama riski ilə qarşı-qarşıya qala bilər. Senatorların fikirlərinə əsasən MSR missiyası ilə bağlı olan texniki problemlər və onların NASA-nın digər missiyalarına təsirləri böyük narahatlıq doğurur. Məlumdur ki, NASA sözügedən missiyaya artıq 1.7 milyard dollar vəsait xərcləyib. Lakin görünür, onun yerinə yetirilməsi müddətlərində dəyişiklik olacaq. Bu isə öz növbəsində NASA-nın digər layihələrinin reallaşdırılmasını təhlükə altına atır.

 

Bununla belə məlumatda qeyd edilib ki, NASA missiyanın ümumi qiymətinin 5.3 milyard dolları keçməyəcəyini təsdiq edəcək zəmanəti təqdim etməsə, senatorlar artıq təyin edilmiş 300 milyon dollarlıq maliyyələşdirməni də ləğv edə bilərlər. Bu halda vəsaitlər NASA-nın Ay proqramı olan Artemis çərçivəsində bölüşdürüləcək. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması missiyasının xərcləri getdikcə artır və NASA ümumi xərcin 9 milyard dollara çata biləcəyi ssenariləri nəzərdən keçirdir. Bununla yanaşı NASA-nın 2028-ci ilə qədər lazımi eniş modulunu hazırlaya biləcəyinə müəyyən şübhələr mövcuddur. Senatorların fikirlərinə əsasən əgər missiyanın ümumi dəyəri 5.3 milyard dolları keçsə, onu ümumiyyətlə reallaşdırmağın bir mənası yoxdur.

 

Lakin bu məsələdə yekun bir qərar hələ qəbul edilməyib. Nəticədə elə ola bilər ki, Perseverance aparatı Mars səthində bütün bu müddət ərzində boşuna fəaliyyət göstərmiş olsun. Hər halda ətraflı məlumat bu ilin payız fəslində təqdim ediləcək. ABŞ Konqressi hələ 2011-ci ildə James Webb layihəsinin reallaşdırılmasını da təhlükə altına atmışdı. Lakin həmin vaxtda elmi cəmiyyət bu innovasiyalı kosmik teleskop layihəsi ətrafında birləşə bildi. Mars süxurlarının Yer kürəsinə çatdırılması missiyası ətrafında bu cür birləşmə artıq olmaya bilər. Sözügedən missiyanın media baxımından gözəl səslənməsinə baxmayaraq elmi nöqteyi nəzərdən o, bir çox alim üçün lokal məna daşıyır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap