AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər qara ulduzlara bənzər obyektlər aşkar edib

21.07.2023 /

Ceyms Veb teleskopu Kainatın yarandığı ilk vaxtlarda mövcud olduqları fərz olunan qara ulduzlara bənzər obyektlər aşkar edib.

Tədqiq olunan 3 nöqtəvi obyektin (JADES-GS-z13-0, JADES-GS-z12-0 və JADES-GS-z10-0) ilk olaraq ən uzaq qalaktikalar olduğu düşünülürdü. Lakin alimlər belə nəticəyə gəliblər ki, uzaqda yerləşdikləri üçün nöqtəvi görünən obyektlərin fotometrik xüsusiyyətləri onların super qara ulduzların modelləşdirilmiş sintetik spektrləri ilə izah oluna bilər.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, massiv qara ulduzlar Ceyms Veb  tərəfindən tapılan uzaq, nöqtəvi və parlaq obyektlər üçün yaxşı bir izah ola bilər. Bununla belə, daha konkret nəticələr əldə etmək üçün qara ulduzlar nəzəriyyəsini təkmilləşdirməli və tapılan obyektləri daha ətraflı öyrənmək lazımdır. 

Qeyd edək ki, qara ulduz anlayışı ilk dəfə 2007-ci ildə təklif olunub. Nəzəriyyəyə əsasən, ilk ulduzlar yaranana kimi mövcud olan  və optik oblastda müşahidə olunmayan bu obyektlər çox böyük (diametri 10 a.v-dən çox) və İlkin Kainata nisbətən soyuq (~10 000 K) olublar. Güman edilir ki, onların nüvəsi olmadığından nüvə sintezi reaksiyaları əvəzinə, ulduzun bütün həcmi boyu tünd maddə hissəciklərinin annihilyasiyası hesabına ayrılan enerji belə ulduzların istilik və hidrostatik tarazlıqda olmasına imkan verirdi.

Nəzəriyyəyə görə demək olar ki, tamamilə hidrogen və heliumdan ibarət olan ulduzların kütləsinin ~0,1%-dən az hissəsini qaranlıq maddə təşkil edirdi. Ətrafdakı maddənin akresiyası hesabına 106 Günəş kütləsinə (M ☉) qədər böyüyən bu obyektlər ifratnəhəng qara ulduzlara çevrilirdilər. Belə ki, Kainatda xüsusən də ilk bir neçə milyard ildə yaranmış super kütləli qara dəliklərin mövcudluğu qara ulduzların ömürlərinin sonunda kollaps edərək super qara dəliyə çevrilməsi ilə izah olunur. 

İşin müəllifləri Kolqeyt və Texas Universitetindən olan astrofiziklər qrupudur. Həmmüəlliflərdən biri Ketrin Friz, həmçinin qara ulduzlar nəzəriyyəsinin yaradıcılarından biridir. Tədqiqat işi "Proceedings of the National Academy of Sciences" jurnalında çap olunmuşdur.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap