AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

İlkin Kainatla müqayisədə zaman axını sürətlənib

14.07.2023 /

Avstraliyanın Sidney və Oklend Universitetinin astrofizikləri 200-ə yaxın kvazarı araşdıraraq zamanın ilkin Kainatda 5 dəfə yavaş axdığı qərarına gəliblər.

Eynşteynin Ümumi nisbilik nəzəriyyəsinə əsasən, biz çox uzaq və keçmişdə qalmış Kainatın daha yavaş hərəkət etdiyini görməliyik. Kainatın genişlənmə sürəti zamanın axışında onun ləngiməsi ilə əks olunur. Bu qədər keçmişə birbaşa baxmaq mümkün olmasa da, alimlər zamanın axışını izləmək üçün kvazarlardan “saat” kimi istifadə edərək bu nəzəriyyəni təsdiq ediblər.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, kvazarlar ilk qalaktikaların mərkəzində fəal superkütləli qara dəliklərin maddə akresiyası nəticəsində ayrı-ayrı ulduzlardan milyonlarla dəfə daha parlaq parlayan obyektlərdir. Tədqiqatçılar 20 il ərzində astronomik müşahidələr zamanı toplanmış, yaşı 2.47-12.17 milyard il olan 190 kvazar üçün müşahidə məlumatlarını tədqiq edib. Tədqiqat qrupu hər bir kvazarı müxtəlif diapazonda araşdıraraq bütün kvazarlar üçün zamanın axışını standartlaşdırmağa nail olub. Nəticədə alınıb ki, Kainatın genişlənməsinin sürətlənməsinə görə biz uzaqda olan kvazarların davranışındakı dəyişikliklərin, bizə yaxın olanlardan daha yavaş  baş verdiyini görürük.

Sidney Universitetinin professoru Gerant Lyuisin (Geraint Lewis) sözlərinə görə, Kainatın yaşının bir milyard ildən bir qədər artıq olduğu bir dövrə nəzər salsaq, zamanın beş dəfə daha yavaş axdığını görürük. Əgər siz bu körpə Kainatda olsaydınız, 1 saniyə 1  saniyə kimi görünərdi, amma bizim mövqeyimizdən baxanda - 12 milyard ildən çox yaşı olan gələcəkdə, bu vaxt uzanır.

Kainatdakı məkan və zaman ayrılmaz şəkildə bağlıdır. Kosmosun genişlənməsi səbəbindən uzaqdan gələn işıq da “dartılır” və məsafə artdıqca qırmızı dalğa uzunluğuna doğru sürüşür. Bu hadisə Dopler effekti adlanır.  Nəticədə obyekt bizdən nə qədər uzaqlaşırsa, hadisələri bir o qədər ləngiyən zaman axınında müşahidə edirik.

Kvazarların tədqiqatının nəticələri göstərir ki, erkən kainatın bu parlaq obyektləri Böyük Partlayışdan (Böyük Partlayış 13.8 mlrd. il əvvəl baş verib) sonrakı ilk milyard ili qiymətləndirmək üçün standartlaşdırılmış “saat” roluna uyğun gəlir.

Qeyd edək ki, tədqiqat işi bağlı elmi məqalə “Nature Astronomy” jurnalında dərc olunub.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap