AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

GPT-3 kollec tələbəsi səviyyəsində əsaslandırma bacarığına sahibdir

02.08.2023 /

İnsanlar yeni problemləri xüsusi hazırlıq olmadan həll edə bilirlər. Bunun üçün onlar yaranmış yeni problemi daha öncə yaşanmış oxşar problemlərlə müqayisə və həyat təcrübəsindən istifadə edirlər. Bu proses analogiya (oxşarlıq, uyğunluq) üzrə əsaslandırma adlanır və o, müstəsna olaraq insana xas olan bir keyfiyyətdir. Lakin aparılmış yeni araşdırmaya əsasən bu keyfiyyət heç də yalnız insana məxsus olmaya bilər. Kaliforniya Universitetinin psixoloqları tərəfindən aparılmış tədqiqat onu göstərib ki, OpenAI şirkətinin GPT-3 dil modeli kollec tələbələri səviyyəsində düşünmə bacarığına sahibdir. Mütəxəssislər GPT-3-ün Raven testindən (5-9 yaşlı uşaqlarda intellektin diaqnostikası üçün test) ilhamlanmış müəyyən tapşırıqları yerinə yetirməsi bacarığını yoxlayıblar.

Qeyd etmək lazımdır ki, Raven testi çərçivəsində testdən keçən şəxs mürəkkəb düzülüşlü fiqurdan ibarət təsvirdə çatışmayan hissəni yerləşdirməlidir. GPT-3-ə fiqurları görə bilmək imkanını təqdim etmək üçün təsvirlər mətn formatına konvertasiya edilib. GPT-3 isə öz növbəsində həmin mətnləri emal edib. Mütəxəssislər Kaliforniya Universitetinin 40 nəfər bakalavrından eyni tapşırığı yerinə yetirməyi xahiş ediblər. Məlum olub ki, test çərçivəsində GPT-3 tələbələr ilə eyni səviyyədə yaxşı çalışıb və üstəlik tələbələrin etmiş olduqları səhvləri edib. GPT-3 verilmiş tapşırıqları 80% doğru həll edib. Bu isə real insanların sərgiləmiş olduqları 60%-lik göstəricidən daha yuxarıdır. GPT-3 həmçinin SAT suallarına bənzəyən analoqları cavablaya bilib.

Mütəxəssislər bildiriblər ki, GPT-3-ə təqdim edilmiş tapşırıqlar heç vaxt internetdə dərc edilməytib. Bu isə o deməkdir ki, onlar böyük dil modelinin təlimatlandırılmasında istifadə edilmiş məlumatlara daxil olmayıblar. Mütəxəssislər GPT-3-ün yığmış olduğu balları kollec tələbələrinin SAT imtahanı nəticələri ilə müqayisə ediblər. Məlum olub ki, böyük dil modelinin sərgiləmiş olduğu nəticələr tələbələrin nəticələrindən yüksək olub. Daha sonra mütəxəssislər GPT-3-dən və tələbələrdən hekayələrə əsaslanmış analogiyaların öhdəsindən gəlməyi istəyiblər.

Bunun üçün mütəxəssislər GPT-3-ə və tələbələrə müəyyən hekayənin bir hissəsini təqdim ediblər və onlardan həmin hekayənin mənasına oxşar digər hekayənin təyin edilməsini istəyiblər. Bu test çərçivəsində GPT-3 tələbələrdən daha pis nəticəni sərgiləsə də, GPT-4 modeli GPT-3-dən daha yaxşı nəticələri sərgiləyib. Hal hazırda GPT-3 fiziki fəzanın başa düşülməsini tələb edən tapşırıqların yerinə yetririlməsi bacarığına sahib deyil. Alimlər böyük dil modellərinin insanlar kimi düşündüklərini və ya insan düşüncəsinin imitasiyasını yaratdıqlarını öyrənmək istəyirlər.

 

technote.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap