AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu

31.07.2023 /

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3376 oblastındakı M 4.5 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R1 səviyyəli radiosiqnalların kəsilməsi və II-IV tip radioemissiya, həmçinin  qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəş ləkələrinin sayı artmışdır, 9 ləkə qrupu və 147 ləkə müşahidə olunur. Tac dəlikləri müşahidə olunmur. 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 1205 pfu-ya kimi yüksəlmişdir, 10 MeV-dən çox enerji yüklü proton seli 24-25 iyulda S1, 29-30 iyulda isə S2 səviyyəsinə (max: 154 pfu) qədər yüksəlmiş və radiasiya qasırğaları baş vermişdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 587 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə  -13 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 463.7 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.22 nT, radial istiqamətdə isə  -5.05 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi 25 iyuldan 26 iyula keçən gecə G1 səviyyəsinə kimi yüksəlmiş və qısamüddətli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 1.7-ə bərabərdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində ( 31 iyul - 06 avqust iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. 28 iyulda baş vermiş Tac Kütlə Atılmalarının şok dalğalarının 31 iyul - 1 avqustda Yerə çatacağı gözlənilir. 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə yenidən S1 səviyyəsinə qalxacağı proqnozlaşdırılır.

Müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin və Tac Kütlə Atılmalarının təsiri ilə Günəş küləyinin sürətinin artacağı gözlənilir.

Geomaqnit sahəsinin Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə gün ərzində qeyri-sabit olacağı, 28 iyulda baş vermiş Atılmalarının təsiri nəticəsində isə 1-2 avqustda G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir. 29-30 iyulda da qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alındığından həftə ərzində geomaqnit sahəsinin  yenidən aktivləşməsi ehtimalı ola bilər.

 

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap