AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Meta şirkəti AudioCraft adlı yeni süni zəka sistemini təqdim edib

03.08.2023 /

Meta şirkəti AudioCraft adlı generativ süni zəka sistemini təqdim edib. Sözügedən sistem açıq mənbəli koda sahibdir və istifadəçinin mətn formatında təsviri əsasında audio faylın tərtib edilməsi üçün nəzərdə tutuluib. AudioCraft özündə ayrı-ayrılıqda 3 süni zəka modelini birləşdirir. Söhbət, MusicGen, AudioGen və EnCodec adlı süni zəka modellərindən gedir. MusicGen musiqilərin tərtib edilməsi üçün nəzərdə tutulub və o, Meta-nın musiqiləri və bu məqsədlər üçün nəzərdə tutulmuş lisensiyalı musiqilər əsasında təlimatlandırılıb. Təlimatlandırılma prosesində istifadə edilmiş musiqilərin ümumi xronometrajı isə 200 000 saat təşkil edib.

 

AudioGen səslərin və ətraf mühit effektlərinin tərtib edilməsi üçün, EnCodec isə səsin keyfiyyətli emalı üçün nəzərdə tutulub. Musiqiçilər artıq uzun müddətdir ki, elektron səslər ilə müxtəlif təcrübələr aparırlar. Lakin kompüter tətbiqləri artıq mövcud olan səs nümunələri vasitəsilə musiqiləri yaradırlar. AudioCraft tərəfindən tərtib edilən audio fayl isə yalnız istifadəçinin mətn formatındakı təsvirinə əsaslanır. Meta şirkəti AudioCraft vasitəsilə tərtib edilmiş audio nümunələri jurnalistlərə təqdim edib.

 

Məlumatda qeyd edilib ki, tərtib edilmiş audio fayl nümunələrindəki fit, külək, siqnal kimi küy effektləri olduqca həqiqi səsləniblər. Lakin nümunələrdə olmuş gitara səsləri təbii hiss olunmayıblar. Hal hazırda AudioCraft tərəfindən tərtib edilən audio fayllar növbəti hit mahnıya bənzəməsələr də, Meta şirkətinin fikrincə o, yeni musiqi dəbi dalğasını gətirə bilər. Şirkət etiraf edib ki, mətnlərin tərtib olunması üçün nəzərdə tutulmuş süni zəka sistemlərindən fərqli olaraq musiqilərin tərtib olunması üçün olan süni zəka sistemlərinin yaradılması çox qəlizdir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap