AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin avqustu

07.08.2023 /

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1-3 avqust. Prezident Heydər Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Soçidə oldu.

7 avqust. İsveç Krallığının Türkiyədə və ölkəmizdə akkreditə olunmuş səfiri Henrik Lilyeqreni qəbul etdi.

8 avqust. Belarus Respublikası hökumətinin sədri Vladimir Yermoşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

12 avqust. Milli-mənəvi dəyərlərimizin qorunması barədə bəyanat verdi.

15 avqust. Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvilini qəbul etdi.

18 avqust. Sərhəd Qoşunlarının 82-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitq söylədi.

25 avqust. Ali Hərbi Məktəbin birinci buraxılışı münasibətilə keçirilmiş mərasimdə çıxış etdi.

26 avqust. ABŞ Dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə köməkçisi Elizabet Consun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

30 avqust. “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələsinin qətnaməsinin imzalanması mərasimində nitq söylədi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına və zənginləşdirilməsinə xüsusi diqqət yetirirdi. Ümummilli Lider 2001-ci il avqustun 12-də bununla bağlı verdiyi bəyanatda milli-mənəvi dəyərləri, xalqımızın mentalitetini böyük sərvət adlandırdı. Bəyanatda vurğulanırdı ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qoruyub-saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.

Sitat: Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik.

2001-ci il avqustun 18-də Azərbaycanda Sərhəd Qoşunlarının 82-ci ildönümü qeyd edildi. Tədbirdə nitq söyləyən Ulu Öndər dövlətin sərhədinin qorunmasının vacibliyindən danışdı, Cümhuriyyət hökumətinin Azərbaycanın sərhədlərinin qorunması haqqında qərarının tarixi əhəmiyyətinə diqqət çəkdi. Sərhədin, ərazi bütövlüyünün hər bir ölkənin dövlət müstəqilliyinin əsasını təşkil edən atributlar olduğunu vurğulayan Heydər Əliyev Sərhəd Qoşunlarının qarşısında duran vəzifələrdən söz açdı və əmin olduğunu bildirdi ki, Azərbaycan sərhədçiləri bu missiyanın öhdəsindən layiqincə gələcəklər.

Heydər Əliyevin Sərhəd Qoşunlarının 82-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqindən

  • Məşhur bir ifadə var ki, vətən sərhəddən başlayır. Bu, həqiqətdir. Ona görə də sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir.
  • Son əsrlər ərzində, demək olar ki, ilk dəfə 1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycanın sərhədlərinin qorunması haqqında qərar qəbul etmişdir. Bunun böyük bir tarixi əhəmiyyəti var.
  • Mən bu gün böyük məmnuniyyət hissi ilə bəyan edirəm ki, artıq bizim formalaşmış sərhəd qoşunlarımız var və bu qoşunlar da Azərbaycanın sərhədlərinin keşiyində durublar.
  • İstəyirəm ki, bizim əsgərlərimiz, zabitlərimiz Azərbaycanın sərhədlərinin keşiyində möhkəm dursunlar, öz vəzifələrini yerinə yetirsinlər. Onda onlar Azərbaycan sərhədlərini pozanların əksəriyyətinin qarşısını alarlar. Amma əgər hansı bir şəraitdə hadisə baş vermiş olsa, onda xalq, vətən yolunda şəhid olacaqlar.
  • Şəhidsiz vətən yoxdur, şəhidsiz millət yoxdur, şəhidsiz xalq yoxdur. Ona görə də gərək bu gün sizin işinizə verilən bu müsbət qiymətdən özünüz üçün nəticə çıxarasınız.
  • Son vaxtlar bütün dünya üçün, o cümlədən bizim üçün çox aktual problem beynəlxalq terrorizmdir. Beynəlxalq terrorizmlə mübarizə indi artıq qlobal şəkil alıbdır. Bu, indi hamını, Avropa ölkələrini də, başqa ölkələri də narahat edir.
  • İdeoloji iş hər yerdə olmalıdır. Təlim-tərbiyə hər yerdə olmalıdır. Ancaq silahlı qüvvələrdə, yəni orduda, sərhəd qoşunlarında bu, daha da çox olmalıdır.
  • İnanıram ki, Azərbaycanın Sərhəd Qoşunlarının bütün şəxsi heyəti - əsgərlər də, zabitlər də, generallar da cəsurluq, rəşadət, qəhrəmanlıq, yüksək peşəkarlıq nümunələri göstərəcəklər və Azərbaycan Silahlı Qüvvələrinin içində nümunə olacaqlar.

Qeyd edək ki, Ulu Öndərin bu inamı özünü zaman-zaman doğruldub. Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidməti Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulmuş döyüş tapşırıqlarını fədakarlıqla, uğurla icra edib. Azərbaycan-İran dövlət sərhədinin işğalda olan hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında yaxından iştirak edən sərhədçilərimiz igidlik nümunələri göstərib, rəşadət dastanı yazıblar.

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap