AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Professor Azad Bayramovun 70 illik yubileyi

26.08.2023 /

Bu günlərdə İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Ağalar oğlu Bayramovun 70 yaşı tamam olub.

Azad Bayramov 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olmuş və 1975-ci ildə həmin universiteti “Fizika” ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant vəzifəsində işə başlamış və 2014-cü ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır.

Azad Bayramov 1976-1984 illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna ş., Moskva vilayəti, Rusiya), 1989–1992-ci illərdə Beynəlxalq Nəzəri Fizika (Triyest ş., İtaliya) və Milli Nüvə Tədqiqatları (Piza ş., İtaliya) institutlarında çalışmışdır. 1997-2005 illərdə Milli Aviasiya Akademiyasında, 2011-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin “Riyaziyyat və Fizika” kafedrasında, 2014- 2021-ci illərdə AR Silahlı Qüvvələrin Hərbi Akademiyasında Adyunktura və Elmi İşlər şöbəsində professor vəzifəsində çalışıb. 2018-2019-cu illərdə AR Silahlı Qüvvələrin tarixində ilk dəfə yaradılmış Xüsusiləşdirilmiş Dissertasiya şurasının sədri olmuşdur. 2021-ci ildən Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

Azad Bayramov 1983-cü ildə nüvə fizikası sahəsində BNTİ-də namizədlik və 2000-ci ildə BDU-da doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Professor A.Bayramov 600 yaxın elmi əsərin, o cümlədən, 32 monoqrafiya və tədris kitablarının, 20 patent, 2 Beynəlxalq Avro-Asiya və 2 Amerika Birləşmiş Ştatlarının patentlərinin müəllifidir. Monoqrafiyalardan beşi ABŞ-da çap olunub. 2008-ci ildə Risk Analizi Beynəlxalq Cəmiyyətinə üzv seçilmiş, Boston şəhərində keçirilən konfransa dəvət almış və məruzə ilə çıxış etmişdir. 

1983-cü ildə Leyptsiq Universitetində, 2002-ci ildə Bakıda, 2005-ci ildə Parisdə və Brüsseldə, 2006-cı ildə Romada, 2006-cı ildə İstanbulda, 2007-ci və 2008-ci illərdə Portuqaliyada, 2009-cu ildə Antaliyada. keçirilən NATO-nun ekologiya təhlükəsizliyinə və alternativ və bərpa olunan enerji mənbələrinə aid sessiyalarında iştirak etmişdir. 2008-ci ildə Almaniyanın Karlsruhe şəhərində və 2009-cu ildə Tiflis şəhərində MAGATE tərəfindən təşkil olunmuş Nüvə Forensik Ekologiyası mövzusunda keçirilən müşavirələrdə məruzə ilə çıxış etmişdir. 2011-ci ildə Tiflis, 2012-ci ildə Moskva və 2013-cü ildə isə Kiyev şəhərlərində keçirilən Avropa Birliyinin 7-ci Elmi Çərçivə Programı üzrə “PİCTURE” elmi layihəsinin müzakirələrində ekspert kimi dəvət olunmuş və məruzələr ilə çıxış etmişdir. 2008-ci ildən on Beynəlxalq Elmi Qrant üzrə aparılan işlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyin Elmi şurasının üzvü olmuşdur. 2009-cu ildə Amerikanın Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) və Rusiyanın Elmlər Akademiyasının Nanotexnologiya Cəmiyyətinin üzvü seçilmişdir. Alim 2009-cu ildə yüksək elmi nəticələrinə görə İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik Mərkəzinin medalı ilə təltif olunmuş və onun adı mərkəzin ensiklopediyasına daxil edilmişdir.

Alimin rəhbərliyi altında 7 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişmişdir. O, 2002-2005-ci illərdə Milli Aviasiya Akademiyasının və 2012–2014-cü illərdə Radiasiya Problemləri İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şuralarının üzvü olub.

Professor Azad Bayramovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap