AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər epilepsiyanın genetik səbəbləri ilə bağlı yeni araşdırma aparıblar

01.09.2023 /

Beynəlxalq alimlər qrupu epilepsiya xəstəsi olan təxminən 30 min insanın DNT strukturunu araşdırıb və əvvəllər məlum olmayan 26 DNT bölgəsini, onlarda epilepsiyanın inkişafı ilə potensial olaraq əlaqəli olan 29 geni müəyyənləşdirib.

Bu barədə İrlandiya Kral Cərrahlar Kollecinin (RCSI) mətbuat xidməti məlumat yayıb. Tədqiqatın nəticələri cümə axşamı “Nature Genetics” jurnalında dərc olunub.

“DNT və genlərin ayrı-ayrı bölgələrinin strukturunda epilepsiya ilə bağlı variasiyaların tapılması bizə bu xəstəliyin diaqnozunu, eləcə də onun müxtəlif yarımtiplərinin təsnifatını təkmilləşdirməyə imkan verəcək. Bu da öz növbəsində həkimlərə daha dəqiq seçim imkanı verəcək ki, ən faydalı müalicə strategiyalarını seçə bilsinlər”, - deyə professor Kolin Doherty bildirib.

Alimlər epilepsiyanın bütün məlum formalarının inkişaf ehtimalını artıran genom variasiyalarını tapmağa yönəlmiş ən böyük genetik tədqiqatlardan birini həyata keçiriblər. Ümumilikdə 29,9 mindən çox epileptik xəstənin, eləcə də eyni yaşda və cinsdən olan 52,5 min sağlam insanın DNT strukturu tədqiq olunub.

Tədqiqat nəticəsində yaradılmış dərmanların epilepsiyanı müalicə edəcəyinə ümid etmək olar. Hüceyrə araşdırmaları və heyvanlar üzərində sonrakı təcrübələr, eləcə də könüllülərin iştirakı ilə aparılan klinik sınaqlar bunun həqiqətən belə olub-olmadığını anlamağa kömək edəcək.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsində təxminən 50 milyon insan epilepsiyanın müxtəlif formalarından əziyyət çəkir. Təxminən 70 faiz hallarda həkimlər xəstəliyi dərman vasitəsi ilə nəzarətdə saxlaya bilirlər, lakin bəzən epilepsiya müalicə olunmur. Alimlərin bildirdiyi kimi, əksər hallarda epilepsiyanın səbəbi genlərdəki nöqtə mutasiyaları, həmçinin müxtəlif DNT seqmentlərinin qarşılıqlı əlaqəsinin pozulmasıdır.

AzərTac

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap