AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

21.09.2023 /

Məlum olduğu kimi, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə edilməklə yoxlanılır.

2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər. Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilmişdir.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini də ifadə edəcəklər.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

 

  • Esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənməli;
  • Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
  • Həcmi 150-200 söz olmalı;
  • Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;
  • Publisistik üslubda olmalı;
  • Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;
  • Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;
  • Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;
  • Akademik yazı qaydalarına əməl edilməlidir.

 

Aşağıda nümunə esse mövzuları təqdim olunur:

Neighbours are the people who live near us. In your opinion, what are the qualities of a good neighbour? Use specific details and examples to support your answer.

Some people prefer to spend their free time outdoors, others tend to spend their leisure time indoors. Would you prefer to be outside or inside for your leisure activities? Use specific reasons and examples to explain your choice.

It is better for children to grow up in the countryside than in a big city. Do you agree or disagree? Use specific reasons and examples to develop your essay.

Some people say that the Internet provides people with a lot of valuable information. Other think access to so much information creates problems. State whether you agree or disagree with these statements and support your point of view.

Qiymətləndirmə meyarları və balların hesablanma qaydası haqqında məlumat yaxın zamanda paylaşılacaqdır.

Magistratura səviyyəsinə qəbul üzrə bakalavrların danışıq bacarıqlarının qiymətləndirilməsinin isə növbəti illərdə aparılması nəzərdə tutulur.

dim.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap