AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu

26.09.2023 /

Kosmik hava durumu – hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. Xüsusilə 3435 regionunda fəallıq artaraq iki M8.23 və M8.72 (R2) sinifli alışma baş vermişdir. Alışmalar nəticəsində II və IV tip radioemissiya, həmçinin Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 10 ləkə qrupu, 172 ləkə və Tac dəlikləri müşahidə olunur.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə (maks: 2923 pfu) olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 18 və 25 sentyabr tarixlərində 1-2 pfu-ya kimi yüksəlmişdir.

Hesabat dövründə Günəş küləyi sürətini saxlamışdır və maksimal sürət 698 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 27 nT, radial istiqamətdə isə -27 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 490 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 26 nT, radial istiqamətdə isə  25 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit qasırğası 19 sentyabrda da davam edərək G3 səviyyəsinə kimi yüksəlmişdir. 24 sentyabr axşam saatlarından isə 22 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yenidən geomaqnit qasırğası  (G2) başlayıb.

Kosmik hava proqnozu – proqnoz günlərində (25 sentyabr - 2 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə  S1  səviyyəsinə kimi yüksələcəyi proqnozlaşdırılır.

Günəş küləyi sürətinin 27 sentyabrda normala dönəcəyi gözlənilir.

24 sentyabrdan başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsindəki fəallığın 27 sentyabra kimi davam edəcəyi proqnozlaşdırılır.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap