AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Böyük Adron Kollayderində ilk dəfə təcrübədə neytrino aşkar edilib

02.10.2023 /

Alimlər tərəfindən Böyük Adron Kollayderində (Large Hadron Collider) aparılan tədqiqatlarda ilk dəfə olaraq neytrinonun birbaşa müşahidə olunduğu qeyd edilir. Alınmış nəticələr zərrəciklərin necə əmələ gəldiyini və kainatın təkamülündə onların rolunu öyrənməyə kömək edəcək.

Sirli subatom zərrəciklərin adi materiyadan fərqliliyi, maneəsiz olaraq oranı tərk etməsi - onların “ruh-zərrəcik” ləqəbi ilə tanınmasına səbəb olmuşdur. Bu tədqiqatların nəticələrinə dair iki məqalə “Physical review letters” jurnalında çap edilib (131.031801, 131.031802).

Qeyd edək ki, təcrübələrdə FASER (ForwArd Search ExpeRiment) detektorundan istifadə edilib və nəticələr, Kaliforniya Universitetinin elementar zərrəciklər üzrə mütəxəssəsi Jonatan Fenq  tərəfindən bu ilin mart ayında İtaliyada keçirilən "Rencontres de Moriond Electroweak Interactions and Unified Theories" konfransında açıqlanmışdır. Alim çıxışında - "Tamamilə yeni mənbədən istifadə etməklə iki böyük enerjiyə malik zərrəciklər dəstəsini toqquşdurmaqla tərəfimizdən neytrino aşkarlanmışdır”, - deyə bildirib.

Neytrino - kainatda ən çox yayılmış subatom hissəciklərindən biridir. Bu baxımdan o yalnız fotonlardan geri qalır. Onların elektrik yükü yoxdur, kütləsi demək olar ki, sıfırdır. Bu səbəbdən digər hissəciklərlə praktiki olaraq qarşılıqlı təsirdə olmurlar. İnsan bədənindən yüz milyardlarla neytrino keçir. Onlar enerji mübadilələri zamanı, məsələn, ulduzların daxilində gedən nüvə sintezi və ya ifratyeni ulduz (supernova) partlayışları zamanı əmələ gəlirlər. Kosmosun “dərinlikləri” haqqında başqa heç cür əldə edə bilmədiyimiz  məlumatları neytrinoları öyrənməklə əldə etmək olar.

Qeyd edək ki, FASER tədqiqat qrupu detektor vasitəsilə ilə əldə olunmuş məlumatları hələ ki, tam analiz etməyib. Gələcəkdə bu sahə üzrə yeni eksperimentlərin aparılması nəzərdə tutulur. 

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap