AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Google süni zəka əsaslı Bard çat-botunu Google Assistant-a inteqrasiya edəcək

05.10.2023 /

Dünən Google şirkətinin özünün Pixel 8 smartfonlarını təqdim etdiyi tədbirdə şirkət Bard adlı süni zəka əsaslı çat-botunu Google Assistant səsli köməkçisinə inteqrasiya edəcəyini elan etdi. Şirkətin fikrincə generativ süni zəka əsaslı Bard çat-botu ilə Google Assistant səsli köməkçisinin sintezi istifadəçilərin sorğularına daha kontekst istiqamətli cavabların təqdim edilməsinə şərait yaradacaq. Bard vasitəsilə təkmilləşdirilmiş Google Assistant-ın yaxın aylar ərzində istifadəyə veriləcəyi gözlənilir.

 

“Google Assistant zəngli saatın təyin edilməsi və hava proqnozunun təqdim edilməsi kimi sürətli tapşırıqların öhdəsindən yaxşı gəlsə də, biz həmişə düşünmüşük ki, rəqəmsal köməkçi daha çoxunu bacarma imkanına sahib olmalıdır. Lakin bunu etməyə imkan verəcək texnologiyalar indiyənə kimi mövcud deyildi” - deyə Google şirkətinin Assistant və Bard şöbələrinin vitse-prezidenti Sissie Hsiao qeyd edib. Amazon şirkətinin yenilənmiş Alexa səsli köməkçisi kimi yenilənmiş Google Assistant da istifadəçinin sorğularına daha hədəflənmiş cavabları təqdim edə biləcək.

 

Məsələn Google Assistant səyahətlərin planlaşdırılmasında, elektron məktubların axtarılması və sıralanmasında, alış-veriş siyahısının tərtib edilməsində və həmçinin mesajların göndərilməsində istifadəçiyə yardımçı olacaq. İstifadəçi öz növbəsində yenilənmiş Google Assistant ilə mətn, səsli əmrlər və ya fotolar vasitəsilə qarşılıqlı əlaqədə ola biləcək. Google bildirib ki, yenilənmmiş Assistant-ın qapalı beta testinə yaxın zamanda start veriləcək.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap