AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

10.10.2023 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3455 oblastındakı M 1.9 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R1 səviyyəli radiosiqnalların kəsilməsi və II tip radioemissiya qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq 9 ləkə qrupunda 149 ləkə, həmçinin Yerə istiqamətlənmiş ekvatorial Tac dəliyi müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 1297 pfuya yüksəlmişdir,  10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 508 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə  -7 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 324 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə  -5 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi 5 oktyabrda fasilələrlə  G1 səviyyəsinə kimi yüksəlmiş və qısamüddətli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 1.3 -ə bərabərdir, kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (09-15 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin də fon səviyyəsində qalacağı gözlənilsə də, Tac dəliklərinin radiasiya qurşaqlarına təsiri ehtimalı da istisna olunmur.

Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də mənfi qütblü Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə  11-14 oktyabr tarixlərində qeyri-sabit olacağı gözlənilir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap