AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

16.10.2023 /

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 3452 regionundakı M 2.3 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı azalaraq 6 ləkə qrupunda 92 ləkə müşahidə olunur. Yerə istiqamətlənmiş Tac dəlikləri qeyd olunmur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 276 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur. 

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 548 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin qiyməti Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 13 oktyabrda 24 nT, radial istiqamətdə isə -11 nT kimi artsa da, geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Günəş küləyinin sürəti 347 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  3.07 nT, radial istiqamətdə isə   -0.46 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi qeyri-sabit və sakit səviyyələrdə olmuşdur. Geomaqnit qasırğası baş verməmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (16 - 22 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 80%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 18 oktyabrda yüksəlməsi ehtimalı var.  10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 17-18 oktyabrda artacağı gözlənilir.

Geomaqnit sahəsinin də müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsirilə 17-18 oktyabrda qeyri-sabit olacağı gözlənilir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap