AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

24.10.2023 /

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı kifayət qədər zəifləmişdir. Günəş ləkələrinin sayı azalaraq 2 ləkə qrupunda 25 ləkə müşahidə olunur. Helioseysmoloji müşahidə və araşdırmalar zamanı Günəşin görünməyən üzündə ləkə aşkarlanmamışdır. Maksimal sinifli alışma isə C 9.6 sinifli alışma olmuşdur.  Yerə qismən istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.  Günəşin səthində geoeffektiv Tac dəlikləri müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 183 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 473 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin  maksimal göstəricisi Yer orbitində 34 nT, radial istiqamətdə isə -10 nT-ə kimi yüksəlmişdir. Hal-hazırda Günəş küləyinin sürəti 385 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  5.48 nT, radial istiqamətdə isə -1.37 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi qeyri-sabit və  aktiv səviyyələrdə olmuşdur. 21 oktyabrda geomaqnit sahəsinin fəallığı qısa müddətdə G1 səviyyəsinə yüksəlmişdir.   Hal-hazırda geomaqnit sahəsi sakitdir. (Kp=0.33)

Kosmik hava proqnozu – Proqnoz günlərində (24 - 30 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 20%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinə növbəti bir neçə gündə mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 25 oktyabradək qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap