AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

15.11.2023 /

16-17noyabr 2023-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki  konfrans keçiriləcək.

 

Dövlət, biznes, təhsil və elm ictimaiyyətinin nümayəndələrini beynəlxalq elmi-praktiki konfransın işində iştirak etməyə dəvət edirik.

 

Konfransın əsas məqsədi: dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək rəqəmsal iqtisadiyyat mövzusunda mövcud müasir trendlər ətrafında müzakirələr aparıb, qarşıda duran vəzifələri müəyyən etməkdir.

 

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis

 

Konfransın müzakirə mövzuları:

  • Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi
  • Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar
  • Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi
  • Rəqəmsal iqtisadiyyat və  Ali təhsil sistemi: əsas tendensiyalar və maneələr
  • Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri
  • Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru
  • Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər
  • Enerjinin rəqəmsal transformasiyası

 

 KONFRANS MATERİALININ TƏRTİBATI QAYDALARI VƏ TƏLƏBLƏR 

  • Konfrans materiallarının tərtibatı üçün forma (azərbaycan və ingilis dilində) əlavədə verilmişdir. Materialların bu formada təqdim olunması şərtdir.
  • Materiallar A4 formatda (yuxarı və aşağı sahələr 2 sm, sol və sağ sahələr 3 sm) Times New Roman şrifti, 12 ölçüdə, 1.15 intervalla, düzləndirmə eninə, həcmi 4-5 səhifə olmaqla hazırlanmalıdır.Xülasə 100-150 sözdən, açar sözlər isə 5 sözdən artıq olmamalıdır.
  • Şəkillər aydın və keyfiyyətli olmalı, mətnin mərkəzində yerləşdirilməlidir. Şəkildən sonra bir sətir buraxılmalı, daha sonra mərkəzdə onun başlığı “Şəkil” sözü ilə başlayaraq ardıcıl nömrələnməli və şəkilin qısa təsviri verilməlidir. Hər şəkilə mətnin içində mütləq istinad olmalıdır, məsələn (şək.1).
  • Cədvəllər Microsoft Word və ya Excel proqramında hazırlanmalı və mətnin mərkəzində yerləşdirilməlidir. Daha sonra mərkəzdə cədvəlin başlığı “Cədvəl” sözü ilə başlayaraq ardıcıl nömrələnməli və növbəti sətirdə onun qısa təsviri verilməlidir. Başlıq cədvəlin üstündə yerləşdirilməli, daha sonra bir sətir buraxılmalıdır. Hər cədvələ mətnin içində mütləq istinad olmalıdır, məsələn (cədvəl 1).
  • Düsturlar standart Word Equation redaktorunda yazılmalı, düsturdan əvvəl və sonra bir sətir buraxılmalı və ardıcıl nömrələnmədən istifadə olunmalıdır. Düsturun nömrəsi sağda mötərizədə göstərilməlidir. Mətndə düstura istinad edildikdə, düsturun nömrəsi də mötərizədə göstərilməlidir.
  • İstinadların siyahısı əlifba sırası ilə yazılmalı, mətnin içində sitatlar kvadrat mötərizədə istinadın sıra nömrəsi ilə verilməlidir, məsələn [1, 2]. İstinadlarda son illərin nəşrlərinə müraciət olunması arzuolunandır.
  • Konfrans materiallarının təqdim olunması üçün elektron ünvan: [email protected]
  • Konfrans materiallarının  təqdim olunması üçün  son tarix: 17.10.2023-cü il
  • Elm komitəsi təqdim edilən materialları konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcəkdir. Materiallar antiplagiat proqramı ilə yoxlanılacaqdır.

 

Konfransın saytı: http://de-conf.unec.edu.az

 

Konfransın keçiriləcəyi ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç.6, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).

 

Konfransın təşkilat komitəsi ilə əlaqə:

email: [email protected]; [email protected]

Telefon: (+99412) 4927298

unec.edu.az

Tweet
ANNOUNCE
  • 26.08.2025
    The 6th International Conference on Problems of Cybernetics and Informatics (PCI 2025) will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
  • 30.06.2025
    Seminar “The Unlimited Development of Highly Intelligent People and the Positive Outlook on Life of People with Disabilities” will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap