AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

21.11.2023 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3490 oblastındakı M1.2 (R1) sinifli alışma olmuşdur. Bir neçə qismən Yerə istiqamətlənmiş və Günəşin arxa üzündə güclü Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı 6-2 arası dəyişmişdir. Hal-hazırda Günəşin səthində 3 ləkə qrupunda 51 ləkə və Tac dəlikləri müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 1205 pfu-ya kimi yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti 1205 km/san-dək artmışdır. Planetlərarası maqnit sahəsinin intensivliyinin maksimal qiyməti Yer orbitində 23 nT, radial istiqamətdə isə -15  nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 323 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə 2 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin fəallığı qeyri-stabil olmuşdur. Hal-hazırda geomaqnit sahəsi sakit olsa da, gün ərzində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Kosmik hava proqnozu - Proqnoz günlərində (20-26 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin bir qədər yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində  qalması gözlənilir.

Günəş küləyi sürətinin 16 noyabrda baş vermiş TKA-nın təsiri ilə  artacağı gözlənilir.

Geomaqnit sahəsi aktivliyinin 16 noyabrda baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1 səviyyəsinədək, 22 noyabrda isə müsbət qütblü Tac dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin yenidən aktiv səviyyəyə yüksələcəyi proqnozlaşdırılır.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap