AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb

18.11.2023 /
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası 10 gün müddətinə ən dəqiq hava proqnozlarını tərtib etməyi bacaran süni zəka sistemini hazırlayıb. Hazırlanmış bu süni zəka sistemi GraphCast adını əldə edib. O, hava proqnozları sahəsinin standartı hesab edilən HRES (High-Resolution Forecast) sistemindən daha dəqiq və sürətli çalışır. GraphCast-ın məlumatlar öz növbəsində Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) mütəxəssisləri tərəfindən analiz edilib. Sistemin hal hazırda işlək versiyası ECMWF saytında yerləşdirilib.
     
Sistem sentyabr ayında 9 gün öncədən Yeni Şotlandiya sahillərində Li qasırğasının baş verəcəyini proqnozlaşdırmışdı. Standart proqnozlaşdırma sistemləri isə qasırğanın baş verəcəyini yalnız 6 gün öncədən proqnozlaşdırmışdılar. Bununla yanaşı həmin sistemlər qasırğanın baş verəcəyi zaman və sahil zonasına çıxış yeri məsələlərində dəqiq proqnozları təqdim etməmişdilər. GraphCast hətta təhlükəli hava şəraitlərinin təyin edilməsində təlimatlandırılmaması halında da onları identifikasiya etməyi bacarır. Sistemə siklonların sadə müşahidəsi üsulunun inteqrasiyası vasitəsilə GraphCast onların hərəkətlərini HRES-dən daha dəqiq təyin edir.
     
Son illərdə hava şəraitlərinin gözlənilməz xarakter sərgilədiklərini nəzərə alsaq, daha öncədən dəqiq proqnozlaşdırma müxtəlif sahələr üçün kritik səviyyədə vacib ola bilər. Hava şəraitinin ənənəvi proqnozlaşdırma üsulları çox qəliz fiziki hesablamalara əsaslanırlar. Həmin hesablamalar alqoritmlərə çevrilir və daha sonra onlar superkompüterlər vasitəsilə emal edilirlər. Bu, çox qəliz bir prosesdir və xüsusi biliklərlə böyük hesablama resurslarını tələb edir.
   
GraphCast özündə machine learning sistemini və diaqram neyron şəbəkəsini (məkan strukturlu məlumatların emalı arxitekturası) birləşdirir. Səbəb-nəticə əlaqələrinin analizi üçün sistem 40 illik meteorologiya məlumatları əsasında təlimatlandırılıb. Diqqət çəkən nəticələrə baxmayaraq GraphCast hələ hazırlanma mərhələsindədir. Sistem siklonların hərəkətlərini dəqiq şəkildə təyin etsə də, ənənəvi üsullardan fərqli olaraq onların göstəricilərini tərtib edə bilmir.
technote.az
Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap