AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib

01.12.2023 /
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının mütəxəssisləri süni zəkadan istifadə edərək daha öncə məlum olmamış 2.2 milyon yeni kristallik strukturu kəşf ediblər. Kəşf edilmiş kristallik strukturlar bərpa olunan enerjidən tutmuş kvant kompüterlərinə kimi müxtəlif sahələrdə istifadə edilə bilərlər. Məlumatda qeyd edilib ki, laboratoriya şəraitində sintez edilməmiş, lakin nəzəri cəhətdən dayanıqlı olan birləşmələr GNoME adlı süni zəka vasitəsilə kəşf edilib. Sözügedən süni zəka vasitəsilə kəşf edilmiş yeni kristallik birləşmələrin sayı daha öncə məlum olan materialların sayından 45 dəfə çoxdur. Bu isə öz növbəsində 800 illik təcrübi kəşflərə bərabərdir.
 
Növbəti mərhələdə mütəxəssislər Günəş panellərinin və digər texnologiyaların istehsalında perspektivli ola biləcək 381 000 ədəd kristallik strukturun nə dərəcədə faydalı ola biləcəklərini yoxlayacaqlar. DeepMind bu üsulla süni zəkanın elmi inkişafda və yeni materialların yaradılmasında potensialını sərgiləmək istəyir. Mütəxəssislərin sözlərinə əsasən yeni növ materialların ortaya çıxmalarından mənfəət götürməyəcək sahələri təsəvvür etmək qəlizdir. Məsələn yeni materiallar insan beyninin iş prosesini imitasiya edə biləcək neyromorf çiplərin hazırlanmasına yol aça bilərlər. Yeni kristallik strukturların kəşf edilməsi üçün DeepMind mütəxəssisləri onların tərtibatı və potensial stabilliklərinin qiymətləndirilməsi üçün machine learning-dən istifadə ediblər.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap