AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

19.12.2023 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq maksimal sinifli alışma 3514 oblastında X2.87 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R1, R2 və R3 səviyyəli radiosiqnalların kəsilməsi və II-IV tip radioemissiya, 10 sm dalğa uzunluğunda radioalışmalar, həmçinin Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 129 ləkə və iki Tac dəliyi müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 1338 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə 15-16 dekabrda S1 səviyyəsinədək yüksələrək radiasiya qasırğası baş vermişdir.

Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 565 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 21 nT, radial istiqamətdə isə -14 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 470 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -10 nT təşkil edir.

Hesabat dövrü ərzində 17 dekabrda geomaqnit sahəsini fəallığı G2 (orta) səviyyəsinədək yüksələrək geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 3-ə bərabərdir.

Kosmik hava proqnozu - Proqnoz günlərində (18-24 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyi sürətinin TKA və Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi - bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir. 18-19 dekabrda TKA təsirinin davam edəcəyi, 22 dekabrda  geomaqnit sahəsinin yenidən aktiv səviyyələrə qalxması, əlavə olaraq  Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin də təsiri gözlənilir. 

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap