Microsoft-un Copilot çat-botu musiqilərin tərtibatı funksiyasını əldə edib
21.12.2023 /Microsoft-un süni zəka əsaslı çat-botu olan Copilot musiqilərin tərtibatı funksiyasını əldə edib. Bu, Suno adlı musiqi tətbiqinin çat-bota inteqrasiyası sayəsində mümkün olub. Suno özü generativ süni zəka əsasında çalışır. Bundan sonra Copilot istifadəçiləri mətn formatında təsvirlər əsasında musiqilər tərtib edə biləcəklər. Copilot vasitəsilə musiqi tərtibatı funksiyası çat-botdan Microsoft Edge brauzerində istifadə halında aktivdir.