AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

2024-cü ildə Azərbaycanın iştirak edəcəyi beynəlxalq tədqiqatlar

26.12.2023 /

IELS 2025-in sınaq mərhələsi

 

 

2024-cü ilin fevral – mart aylarında IELS-in (Beynəlxalq Erkən Öyrənmə və Uşaq Nailiyyəti Tədqiqatı / International Early Learning and Child WellBeing Study) sınaq mərhələsi təşkil olunacaq. IELS-ə məktəbəqədəryaşlı uşaqlar cəlb edilirlər.

 

 

IELS ölkə üzrə 5 yaşlı uşaqların bilik və bacarıqlarını ölçməyə, həmçinin digər ölkələrdəki eyniyaşlı uşaqların səriştələri ilə müqayisə aparmağa imkan yaradır.

 

 

Tədqiqata Bakı və Sumqayıt şəhərləri üzrə 5 yaşlı qrupları olan məktəbəqədər təhsil müəssisələri, eləcə də məktəbəhazırlıq qrupları olan ümumi təhsil müəssisələrinin cəlbi planlaşdırılıb.  

 

 

TALIS 2024-ün əsas mərhələsi

 

 

2024-cü ilin fevral ayı ərzində TALIS 2024-ün (Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu / Teaching and Learning International Survey) əsas mərhələsi təşkil olunacaq.

 

 

Sorğu müəllim və məktəb rəhbərlərinin təhsilə dair yanaşmalarını anlamaq məqsədilə 5 ildən bir keçirilir. 

 

 

TALIS müəllimlərin tədris təcrübələri, idarəetmə bacarığı, peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti və s. mövzular üzrə beynəlxalq müqayisələr aparmağa imkan verir.

 

 

PISA 2025-in sınaq mərhələsi

 

 

2024-cü ilin may – iyun aylarında PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq.

 

 

PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir təşkil edilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.

 

 

“Məktəblər üçün PISA” tədqiqatı

 

 

Tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, həmçinin onları real həyatda tətbiq etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə təşkil olunur.

 

 

PISA-dan fərqli olaraq, bu tədqiqatda ümumi təhsil müəssisələri fərdi qaydada qiymətləndirilir. Belə ki, əgər PISA ölkə üzrə təhsil səviyyəsini digər ölkələrlə müqayisə etməyə, təhsil siyasəti ilə bağlı qərarlar verməyə imkan verirsə, “Məktəblər üçün PISA” tədqiqatı ölkə üzrə müvafiq ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətini digər ölkələrin təhsil müəssisələri ilə müqayisə aparmağa, həmçinin müəssisənin özünün təhsilverənlərin nəticələri barədə məlumat əldə etməsinə, bununla bağlı tədbirlər görməsinə imkan yaradır.

 

 

Qeyd edək ki, sözügedən tədqiqatların ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap