AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Təhsil arayışlarını elektron şəkildə əldə etmək mümkündür!

12.01.2024 /

Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışlar elektron şəkildə təqdim olunur.

 

İstifadəçilər https://portal.edu.az/ portalının “Elektron arayışlar” xidməti vasitəsilə aşağıdakı arayış növlərini əldə edə bilirlər:

  • ali təhsil pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
  • orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
  • peşə təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
  • Dövlət Proqramı əsasında xaricdə təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
  • Dövlət Proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;
  • müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.

 

Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. Belə ki, https://portal.edu.az/ portalında qeydiyyatdan keçən istifadəçilər “Şəxsi kabinet”in elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsini seçərək müvafiq arayış növü üzrə müraciət göndərirlər. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.

 

Eyni zamanda Elm və Təhsil Nazirliyinin rəsmi saytında (https://edu.gov.az/az/yoxla) elektron arayışın identifikasiya nömrəsi və müraciətçinin doğum tarixini yazmaqla sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

 

Bununla yanaşı, ümumi və tam orta təhsil haqqında attestat, diplom və dövlət proqramları vasitəsilə xaricdə təhsil barədə məlumatlar qeyd olunan arayışları "myGov" portalından əldə etmək mümkündür.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap