AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər ulduz müşahidə olunmayan qalaktika kəşf edib

26.01.2024 /

Astronomlar Tutqun Qalaktikalarla bağlı tədqiqat apararkən heç bir ulduz müşahidə olunmayan qalaktika kəşf ediblər.

J0613+52 qalaktikasını aşkarlayan Qrin Bank Rəsədxanasının (Green Bank Observatory) əməkdaşlarının cari tədqiqat işinin əsas məqsədi Tutqun Qalaktikalardakı qaz və dinamik kütləni araşdırmaqdır. Bu tip qalaktikalar ulduzəmələgəlmə prosesi, ulduz və qalaktikaların təkamülünü izləmək üçün ideal obyektlərdir.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, adətən normal qalaktikaların mərkəzində bir və ya bir neçə super kütləli qara dəlik yerləşir və milyardlarla ulduzdan ibarət olur. Kiçik cırtdan qalaktikalar olan Tutqun Qalaktikalar yüksək səviyyədə diffuz qaz və qara maddənin artıqlığı səbəbindən zəif işıq saçır və digər qalaktikalarla müqayisədə ulduzları azdır. Bizdən 270 milyon işıq ili məsafədə yerləşən J0613+52 qalaktikası isə demək olar ki, adi gözlə görünmür və ulduzlararası maddəni xatırladır. Tədqiqat qrupunun üzvləri düşünürlər ki, qalaktika digər kosmik obyektlərdən uzaqda yerləşdiyi üçün heç bir cazibə qüvvəsinin təsirinə məruz qalmayıb və ulduz əmələgəlmə prosesi baş verməyib. Digər normal cavan qalaktikalardan fərqli olaraq J0613+52 ancaq qaz kütləsindən ibarətdir və ulduzlar müşahidə olunmur. Adətən belə kiçik qalaktikalar bir neçə milyon zəif ulduza ev sahibliyi etsə də, müşahidələrdə heç bir ulduz qeyd olunmayıb.

Qeyd edək ki, qalaktikanın müşahidəsi istiqamətində elmi tədqiqat işləri davam etdirilir. Sonrakı tədqiqatlar qalaktikada heç bir ulduzun olmadığını təsdiqləsə, J0613+52 ilkin qazdan ibarət ilk kəşf olunan qalaktika ola bilər.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap