AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Astronomlar “ilin” 13,7 saatdan ibarət olduğu planeti kəşf ediblər

01.02.2024 /

Astronomlardan ibarət beynəlxalq qrup hər 13,7 saatda bir cırtdan qırmızı ulduzun ətrafında fırlanan yeni ekzoplanet kəşf ediblər.

“Wolf 327 b” adlı ekzoplanet “ifrat qısa dövrlü super Yer” kimi təsnif edilib. Onun ölçüsü Yerdən təxminən 2,5 dəfə çoxdur. Bu kəşf NASA-nın tranzit ekzoplanetlərin tədqiqi üçün nəzərdə tutulan peyki (TESS) vasitəsilə edilib. Sözügedən aparat indiyədək 7 minə yaxın potensial ekzoplanet aşkarlayıb. Onlardan 415-nin mövcudluğu artıq elmi cəhətdən təsdiqini tapıb.

Alimlərin ehtimalına görə, “Wolf 327 b” daşlı-qayalı planetdir və daxili tərkibi Merkuriyə daha çox bənzəyir. Yəqin ki, onun nazik mantiya təbəqəsinin əhatəsində irimiqyaslı dəmir nüvə mövcuddur. Bununla yanaşı, bu ekzoplanetdə az miqdarda hidrogen-helium atmosferinin də olduğu güman edilir.

“Wolf 327 b”nin ətrafında fırlandığı cırtdan qırmızı ulduz Günəşdən 93 işıq ili uzaqda yerləşir. Onun yaşının 4,1 milyard il, ölçüsü və çəkisinin isə Günəş meyarlarının cəmi 40 faizinə bərabər olduğu güman edilir.

Alimlər fərz edirlər ki, bu sistemdə başqa planetlər də mövcuddur. Amma onları kəşf etmək lazımdır.

AzərTac

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap