AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Qalaktikamızda qeyri-adi dəyişkənlik göstərən yeni tip ulduzlar aşkar olunub

02.02.2024 /

Böyük Britaniya, Braziliya, Çili, Almaniya, Cənubi Koreya və İtaliyadan olan astronomlar tez-tez püskürmələr müşahidə olunan protoulduzların tədqiqatı çərçivəsində Çilidəki Vista və VLT teleskopunda 222 ulduzun müşahidəsini apararaq, bir cəhddə 32 belə protoulduz aşkar ediblər.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə,  müşahidə olunan fərqli obyektlər bu nəticəni kölgədə qoyub. 10 il ərzində davamlı izlənən ulduzlardan 21 qırmızı nəhəng ulduzun parlaqlığının spesifik dəyişkənliyi aşkar olunub. Bu ulduzlar Yerdən 30 000 işıq ili məsafədə yerləşir və saylarının daha çox olduğu güman olunur.

Tədqiqat işinin müəlliflərindən olan Filip Lukasın sözlərinə görə, heç bir aktivlik göstərməyən bu ulduzların parlaqlığı anidən 40-100 dəfə zəifləyir. Onları hətta infraqırmızı diapazonda belə qeyd etmək çox çətin olur. Bir neçə ildən sonra isə onlar əvvəlki parlaqlığa qayıdırlar.

Fərz olunur ki, “qatı duman”a bənzər maddə atılmaları bu ulduzların ətrafında ”bulud” yaradaraq  parlaqlığını zəiflədir. Prosesin mexanizmi isə hələki aydın deyil. Hal-hazırda məlum olan qalaktikanın bu bölgəsində ağır elementlərin miqdarının daha çox olmasıdır ki, bu da ulduzların atmosferində daha çox toz yaradır. Əgər mülahizələr özünü doğruldarsa, belə qənətə gəlmək olar ki, bu ulduzlar bizim qalaktikada və ondan kənarda fəzanın ağır elementlərlə zənginləşdirilməsində çox mühüm rol oynayırlar.

Qeyd edək ki, tədqiqat işi “Monthly Notices of the Royal Astronomical Society” jurnalında çap olunmuşdur.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap