AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Saturnun peykində buz təbəqəsi altında okean aşkarlanıb

16.02.2024 /

Həyat mənbəyi olan suyun kainatda axtarışlarında Saturnun peyki Mimas ön sıralarda olmasa da, alimlər onun cansız buz qabığının altında yeni formalaşmış okeanın olması qənaətinə gəliblər. 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, 2004-2017-ci illərdə Saturn və onun peyklərini tədqiq edən NASA-nın Kassini kosmik gəmisinin materiallarının təhlili ilə məşğul olan Paris Rəsədxanasının alimləri Mimasın orbitində yırğalanmaların gözləniləndən iki dəfə güclü olduğunu aşkar ediblər. Tədqiqat qrupu peykin buz qabığının altında okean olması və  ya nüvəsinin reqbi topu şəklində uzunsov olması ehtimallarını irəli sürüblər. 

Son araşdırmalar göstərib ki, peykin fırlanması zamanla dəyişib. Kassinidən alınan materialları Mimasın daxili quruluşunun və orbitinin modelləri ilə birləşdirən qrup bu nəticəyə gəlib ki, həqiqətən də Mimasın səthinin 20-30 km dərinliyində okean var və bu onun həcminin yarıdan çoxunu təşkil edir.

Okeanın yaşı 25 milyon ildən çox deyil, ola bilsin ki, cəmi 2 milyon il əvvəl formalaşmışdır. Çünki peykin qabığında okeanın varlığının izləri hələki görünmür. Günəş sisteminin digər peykləri Enselad və Avropada olduğu kimi su səthə çıxaraq kraterləri doldurmayıb.

Okeanın varlığı Mimasın buzları suya çevirən güclü istilik mənbəyinə dəlalət edir. Hesab olunur ki, okeanın nüvəyə yaxın aşağı təbəqələri isti olsa da, üst təbəqələri donma temperaturuna yaxındır. Müəlliflər bildirirlər ki, hal-hazırda peykin hərəkətində yırğalanmalar müşahidə olunmur və bu okeanın donmasına səbəb ola bilər. Əgər okean donarsa, o zaman biz onu səthində qabığı yararaq üzə çıxmış hissələri görəcəyik. 

Sözügedən kəşf Miması həyatın yaranmasına səbəb ola biləcək şərtlərin araşdırılması üçün yeni bir obyektə çevirir, çünki Yerdəki ilk canlı orqanizmlər milyardlarla il əvvəl planetimizin ilkin dənizlərində yaranıb.

Qeyd edək ki, tədqiqat işinin nəticələri "Nature" jurnalında çap olunmuşdur. 

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap