Prezident İlham Əliyev: Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu birlik daimi olmalıdır
14.02.2024 /Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib.
Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.