AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib

23.02.2024 /

Fevralın 21-də STEAM İnnovasiya Mərkəzində Qarabağ Universiteti ilə bağlı görüş keçirilib. 

 

Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları, xaricdə yaşayan azərbaycanlı alimlər və digər qonaqlar iştirak ediblər.

 

Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar barədə təqdimat nümayiş etdirilib, həmçinin görülən işlər, hədəf və planlar barədə məlumat verilib. 

 

Görüş çərçivəsində universitetdə yerli və beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilib. Qeyd olunub ki, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi dövlət başçısı tərəfindən qarşıya məqsəd kimi qoyulub. 

 

Görüş iştirakçıları universitetin fəaliyyətinə dair tövsiyələrini bölüşüb, Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıblar. 

 

Görüşdə universitetin təhsilalanları və akademik heyəti üçün fərqli, müasir mühitin formalaşdırılması, universitet kampusunda bütün xidmətlərin verilməsi, həmçinin elmi-tədqiqata əsaslanan yaradıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulmasına dair geniş müzakirələr aparılıb. 

 

Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap