AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda Respublika elmi konfransı keçiriləcək

23.02.2024 /
Hörmətli həmkarlar,
3-4 may 2024-cü il tarixlərində Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.
 
Konfransa aşağıdakı istiqamətlər üzrə məqalə və tezislər qəbul edilir:
1. Heydər Əliyev müasir Azərbaycanın memarıdır;
2. Heydər Əliyev və müasir dövlətçilik tariximiz;
3. Heydər Əliyev və Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması;
4. Heydər Əliyev və milli Konstitusiyanın təntənəsi;
5. Milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin xidmətləri;
6. Heydər Əliyev — Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin böyük himayədarı;
7. Heydər Əliyev və Azərbaycan dilinin müasir inkişaf tendensiyaları;
8. Heydər Əliyev və Azərbaycanın xarici siyasət strategiyası;
9. Heydər Əliyev milli iqtisadi inkişaf strategiyasının müəllifidir;
10. Heydər Əliyev və neft sektorunun inkişafı;
11. Heydər Əliyev və milli sənaye-energetika kompleksinin inkişafı;
12. Azərbaycanın dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tarixi rolu;
13. Heydər Əliyev və türk dünyasının yüksəlişi;
14. Ordu quruculuğunda Ulu Öndərin tarixi rolu;
15. Heydər Əliyev — Tarixi Zəfərə aparan siyasətin banisi;
16. Heydər Əliyev irsi və Azərbaycan gəncliyi.
 
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim
heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.
Konfrans materialları toplu şəklində çap olunacaqdır.
 
MƏQALƏ VƏ TEZİSLƏRIN TƏRTİBİNƏ QOYULAN TƏLƏBLƏR:
- məqalə və tezislər Azərbaycan, türk, ingilis və rus dillərindən birində təqdim olunur;
- mətn A4 formatında (210x297 mm), Times New Roman şrifti ilə yığılır (şriftin ölçüsü — 12 pt, sətirlərarası interval — 1 sm, abzas — 1 sm, boş sahələr - hər tərəfdən 2 sm):
- məqalə və ya tezisin həcmi 5 səhifədən artıq olmamalıdır,
- ilk sətirdə mərkəzdə tezisin adı (böyük hərflərlə, qalın şrift ilə), növbəti sətirlərdə müəllifin adı, atasının adı və soyadı (tam açıq şəkildə, kiçik hərflərlə, qalın şrift ilə), elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvan və əlaqə telefonu yazılmalıdır;
- istifadə edilmiş ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir (istinad olunan ədəbiyyatın nömrəsi mətndə kvadrat mötərizədə göstərilir: məsələn, [2]).
Məqalə və ya tezisin konfrans materiallarına daxil edilməsi Təşkilat Komitəsinin müvafiq qərarı ilə müəyyən ediləcəkdir. Zərurət yarandıqda Təşkilat Komitəsinin irad və qeydləri əsasında müəllif tərəfindən məqalə və ya tezis üzərində düzəliş edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə və ya tezis konfrans materiallarına daxil edilməyəcəkdir.
Konfransa təqdim edilmiş məqalə və tezislər geri qaytarılmır.
Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir məqalə və ya tezis qəbul edilir.
 
Məqalə və tezislər 19 aprel 2024-cü il tarixindən gec olmayaraq electron variantda aşağıdakı ünvana göndərilməlidir:
[email protected]
 
Məsul katib: Vüqar Mustafayev
Əlaqə telefonu: (+994 55) 289 12 66
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap