Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına hazırlaşan namizədlərin nəzərinə!
06.03.2024 /Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı proqramına dəyişiklik (AB vəzifə qrupu üçün) edilib. Belə ki, 27 dekabr 2001-ci il tarixli, 245-IIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədən düşməsi ilə əlaqədar həmin Qanuna aid mövzular proqramdan çıxarılaraq eyniadlı yeni Qanunda (14 iyul 2023-ci il, № 988-VIQ) öz əksini tapan müvafiq mövzularla əvəz edilib.
Proqramla buradan tanış olmaq mümkündür.
Qeyd. 17 mart 2024-cü il tarixində keçiriləcək imtahana bu mövzulara aid test tapşırıqları daxil edilməyəcək. Müvafiq dəyişiklik may ayından etibarən keçirilən imtahanlarda nəzərə alınacaq.