AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Universitet–biznes əməkdaşlığı istiqamətində layihələr həyata keçirilir

11.03.2024 /

Martın 9-da Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsi, mühəndis emalatxanası və AzTU Texnoparkı – “Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.

 

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədov iştirak ediblər. 

 

Qeyd olunub ki, model müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet–sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək.

 

KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış model müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasınadək real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq. 

 

Model müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxt və xərclərə qənaət üsullarını öyrənməyə imkan verəcək. Model müəssisənin təlim-tədris auditoriyalarında sahibkarlıqla bağlı ilkin biliklər də veriləcək.

 

KOB Model Müəssisəsinin universitet – sahibkarlıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan “Mühəndis Geliştirme Proqramı”nın (MGP) emalatxanası ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və MAA ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorantlarıdır.

 

Daha sonra AzTU - Texnologiya Transfer Ofisi və "Bilişim Vadisi Bakı" ilə tanışlıq zamanı bildirilib ki,  AzTU şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap