AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

12.03.2024 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə, maksimal sinifli alışma 3599 oblastındakı M7.43 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II və IV tip radioemissiya, radiosiqnalların ötürülməsində R2 səviyyəli fasilələr, 10 sm dalğa uzunluğunda radioalışmalar baş vermişdir. Hesabat dövrü ərzində bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 77 ləkə müşahidə olunur. Günəşin səthində Yer istiqamətində kiçik Tac Dəliyi qeyd olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 591 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -13 nT olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti normaldır (389 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 4 nT, radial istiqamətdə isə -3.5 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub,  geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (11-17 mart) C sinif alışmanın baş verməsi ehtimalı 80%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin 11-12 martda Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə  bir qədər artacağı sonra isə normala dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin 11-12 martda Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə qeyri-sabit və sakit səviyyələrdə olacağı gözlənilir. 13 martda isə TKA-nın təsiri ilə G1 (zəif)  səviyyəsinə yüksəlməsi ehtimalı var.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap