AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir

15.03.2024 /
Honkonqun Insilico Medicine şirkəti bildirib ki, onun süni zəkanın köməyi ilə yaratmış olduğu dərman preparatının insanlar üzərində kliniki testlərinə icazə verilib. Məlumatda qeyd edilib ki, süni zəkanın köməyilə yaradılmış dərman preparatı idiopatik ağciyər fibrozu xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub. Dərman hal-hazırda ABŞ və Çindəki xəstəxanalarda ümumilikdə 60 nəfər pasient üzərində test edilir. Insilico Medicine şirkəti bildirib ki, sözügedən dərman preparatının hazırlanmasına cəmi 18 ay vaxt sərf edilib. Adətən isə yeni dərman preparatlarının hazırlanmasına illərlə zaman lazım olur. İdiopatik ağciyər fibrozu xəstəliyi yüksək yaş kateqoriyasına daxil olan insanların həyatlarına son qoyur və bu xəstəliyin təbiəti barəsində hələ də bir məlumat yoxdur.
     
Bu xəstəliklə üz-üzə gələn insanlar ağciyər çatışmazlığından əziyyət çəkirlər və nəticədə həyatlarını itirirlər. Honkonqda 2012-ci ildə Aleksandr Aleksandroviç Javoronkov tərəfindən təsis edilmiş Insilico Medicine şirkəti öz fəaliyyətinin əvvəlindən molekulların sintezi üçün generativ süni zəka modellərindən istifadə etməyə başlayıb. İlk öncə tədqiqatçılar fərdi süni zəka platformasında alqoritmə ağciyərlərdə destruktiv proseslərdən cavabdeh olan hədəflərin təyin edilməsini öyrədiblər. Bunun üçün fibroz barəsində olan məlumatlardan istifadə edilib. Bu xəstəlik toxumaların qalınlaşmalarına və ya onlarda yara izlərinin əmələ gəlməsinə şərait yaradır. Bu isə öz növbəsində ağciyərlər də daxil olmaqla digər orqanların elastikliklərini aşağı salır.
     
Fibroz xroniki iltihablara gətirib çıxaran qocalma prosesi ilə sıx əlaqəlidir. Tədqiqatçıların aparmış olduqları analiz nəticəsində TNIK adlı zülal müəyyən edilib və bu zülal əsas antifibrotik hədəf qismində çıxış edib. Növbəti mərhələdə lazımi dərman preparatının hazırlanmasına namizəd olan 80 ədəd molekulun yaradılması üçün generativ kimyəvi alqoritmdən istifadə edilib. 80 ədəd namizəd arasında mütəxəssislər INS018_055 adlı inhibitoru (fizioloji və fiziki-kimyəvi proseslərin gedişini ləngidən və ya saxlayan maddələrin ümumi adıdır) seçiblər. Nəticədə bu inhibitor əsasında müvafiq dərman preparatı hazırlanıb və onun farmokoloji özəllikləri 60 nəfər pasient üzərində yoxlanılır.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap