AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

18.03.2024 /

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olmuş, maksimal sinifli alışma cənub-şərq limbi yaxınlığında (S14E88) baş vermiş  M3.53 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində 10 sm dalğa uzunluğunda radioalışmalar baş vermişdir. Hesabat dövrü ərzində bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 7 ləkə qrupunda 86 ləkə və böyük Tac Dəliyi qeyd olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 11 martda 1417 pfu, 10 MeV-dən çox enerji yüklü proton seli isə 15-16 martda 16 pfu-dək (S1) yüksəlmişdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 658 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -13 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (295 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 3.9 nT, radial istiqamətdə isə 4.5 nT təşkil edir.

Hesabat dövrü ərzində  S1 səviyyəli radiasiya (proton) qasırğası baş vermiş, geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Kp indeksi 0.3-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (18-24 mart) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsinə qayıdacğı gözlənilir.

Günəş küləyinin sürətinin  17 martda baş vermiş TKA-nın təsiri ilə 20 mart tarixinə artacağı gözlənilir.

Geomaqnit sahəsi – 17 martda qeydə alınmış TKA-nın təsiri ilə 20 martda G1 (zəif)  geomaqnit qasırğası baş verməsi ehtimalı var. Həmçinin Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin 24 martda Yerə təsiri gözlənilir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap