AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Neuralink-in beyin çipini əldə etmiş ilk şəxs artıq fikir gücü vasitəsilə virtual şahmat oynayır

28.03.2024 /
Elon Musk-ın Neuralink şirkəti yanvar ayında öz beyin çipini ilk pasientə implantasiya etdi. Neuralink-in beyin çipi sayəsində pasient mouse ikonunu fikir gücü vasitəsilə kompüter ekranında hərəkət etməyi öyrəndi. İndi isə Neuralink tərəfindən təqdim edilmiş videolardan da görmək olar ki, beyin çipini əldə etmiş şəxs yeni imkanları əldə edə bilib. Belə ki, pasient fikir gücü vasitəsilə virtual şahmat və “Mario Kart” oyununu oynaya bilir. X-də (keçmiş Twitter) təqdim edilmiş videodan məlum olub ki, Neuralink-in beyin çipini əldə etmiş ilk şəxs 29 yaşlı Noland Arbaugh-dur. O, 8 il bundan öncə onurğa beyni travması alaraq hərəkət etmə imkanından tamamilə məhrum olub. Noland-ın sözlərinə əsasən o, əlləri ilə ayaqlarını hərəkət etdirə bilmir və bədəninin çiyinlərindən aşağı hissəsini hiss etmir.
     
Noland bildirib ki, o, beyin çipinin implantasiyası əməliyyatından çox rahatlıqla keçib və hətta əməliyyatdan bir gün sonra artıq evə buraxılıb. Beyin çipini əldə edəndən sonra Noland öz imkanlarını ilk olaraq “Civilization VI” və virtual şahmat oyunlarında sınayıb. Lakin nəticədə o, daha çox virtual şahmata üstünlük verib. O öz fikir gücü vasitəsilə virtual şahmatın oynanılması prosesindən o qədər həzz alıb ki, hər dəfə beyin implantının batareyasının şarj olunmasını səbrsizliklə gözləyib. Qeyd etmək lazımdır ki, Neuralink-in beyin implantı bir dəfə şarj olunandan sonra bir neçə saat ərzində çalışa bilir. Daha sonra isə onu naqilsiz şarj texnologiyası vasitəsilə şarj etmək lazım gəlir.
 
Gözləntilərə əsasən beyin çipinin final versiyası pasientin yuxuda olduğu zaman şarj olunacaq. Müəyyən müddət sonra Neuralink şirkəti Noland-ın iştirakı ilə xüsusi tədbir keçirib. Keçirilmiş tədbir çərçivəsində Noland bildirib ki, beyin çipi ona özünü fiziki məhdudiyyətli deyil, adi insan kimi hiss etdirməyə yardımçı olub. Təqdim edilmiş videonun müəyyən hissəsində görmək olar ki, 29 yaşlı Noland Neuralink-in beyin çipi vasitəsilə fikir gücündən istifadə edərək “Mario Kart” oyununu oynaya bilir.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap