AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Dövlət Proqramı məzunları ilə görüş və karyera sərgisi keçirilib

03.04.2024 /

Aprelin 2-də ADA Universitetində “2022–2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib.  

 

Tədbirin keçirilməsində məqsəd xaricdə təhsil almış gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləmək və ölkənin kadr potensialını gücləndirməkdir. 

 

Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Həsən Həsənli ötən il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil imkanı qazanmış 50 gəncin dünyanın 10 ən yaxşı universitetinə qəbul olduğunu xatırladıb. Nazir müavini əlavə edib ki, “2022–2026-cı illər üçün Dövlət Proqramı” məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir. 

 

"Dövlət Proqramı çərçivəsində xarici təhsil müəssisələrinin siyahısına baxsaq, görərik ki, ötən illərlə müqayisədə həm siyahının keyfiyyəti  artıb, həm də potensialı daha yüksək olan gənclər proqrama qəbul ediliblər. Bu gün proqram çərçivəsində xaricdə təhsil alan gənclərimiz dünya miqyasında rəqabətədavamlı gənclərdir. Bu baxımdan gələcəyə nikbin baxa bilərik" – deyə nazir müavini qeyd edib.

 

Ardınca Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova çıxış ediblər.

 

Tədbirdə həmçinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının dövlət qulluğuna müraciət etmək qaydaları”, “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu”, “Əmək bazarına çıxış üçün nə tələb olunur?” mövzularında maarifləndirici çıxışlar olub.

 

Tədbirin sonunda isə 30-a yaxın nüfuzlu dövlət və özəl sektorları təmsil edən qurumların iştirakı ilə karyera sərgisi təşkil olunub. Sərgidə həmin qurumlar tərəfindən iş imkanlarına dair məlumatlar paylaşılıb.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap