AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Təhsilin İnkişafı Fondu yerli ali təhsil müəssisələrinin tələbələri üçün “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsini elan edir

03.04.2024 /

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrə təhsilin inkişafına töhfə verə biləcək ideya və təkliflərini təqdim etmək üçün imkan yaratmaq və onları dəstəkləməkdir.

Müsabiqədə ölkə üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan ideya və təkliflər aşağıdakı prioritet sahələrdən birini əhatə etməlidir:

  • Təhsildə inklüzivlik
  • Təhsildə nəticəyönlü idarəetmə
  • Tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi
  • Erkən və məktəbəqədər təhsil
  • Qeyri-formal və informal təhsil
  • Ömürboyu təhsil
  • İqlim dəyişikliyinə qarşı mübarizədə keyfiyyətli təhsilin rolu

Müsabiqə 2 mərhələdən ibarətdir.

I mərhələ

İştirakçılar tərəfindən təqdim olunan ideya və təkliflər aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndiriləcək:

  • Təqdimatın müsabiqənin prioritet sahələrindən birinə uyğunluğu – 20 bal
  • Mövzunun prioritet sahə çərçivəsində aktuallığı – 15 bal
  • Məqsəd, vəzifə və gözlənilən nəticələrin dəqiqliyi – 10 bal
  • İrəli sürülən təklifin icrasının prioritet sahə üzrə benefisiarlara faydalılığı – 15 bal
  • Məsələnin həllində innovativ yanaşmanın tətbiqi – 20 bal
  • Təqdimatın keyfiyyətli hazırlanmasında yaradıcılığın tətbiqi – 20 bal

I mərhələdən II mərhələyə keçid balı 60 bal təşkil edir. Təqdimatlar yalnız Azərbaycan dilində qəbul edilir.

II mərhələ

I mərhələnin tələblərinə cavab verərək minimum 60 bal toplamış müraciətçilər müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Bu mərhələdə tələbələr müsabiqənin prioritet sahələrindən birinə müraciət etdikləri təqdimatlarla peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinin qarşısında çıxış edəcəklər.

II mərhələdə iştirakçılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

  • Təqdimat bacarığı – 5 bal
  • İrəli sürülən fikirlərin əsaslandırılması – 5 bal
  • Vaxtın idarəedilməsi (təqdimat üçün maksimum müddət 7 dəqiqə müəyyən olunmuşdur) – 5 bal

Qeyd olunan meyarlar üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olacaqdır.

Mükafatlandırılma aşağıdakı formada aparılacaqdır:

I yer – 1000 AZN

II yer – 750 AZN

III yer – 500 AZN

Müsabiqəyə təqdim olunacaq təkliflərin qəbulu 01 aprel 2024-cü il tarixindən başlayaraq 14 aprel 2024-cü il tarixi də daxil olmaqla müraciət formasını doldurmaqla həyata keçiriləcəkdir.

Müraciət üçün keçid: https://forms.gle/j3Uss6QsJvKSwo3M7

Müraciət üçün son tarix: 14 aprel saat 23:59.

tif.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap