AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Suyu mikroplastik hissəciklərdən və bakteriyalardan təmizləyən kiçik robotlar hazırlanıb

13.05.2024 /

Çexiyanın Brno Texniki Universitetinin mütəxəssisləri suyun çirklənməsinə səbəb olan mikroplastik hissəciklərlə effektiv mübarizə apara bilən kiçik ölçülü robotlar hazırlayıblar. Hazırlanmış mikroskopik ölçülü robotlar həmçinin suyu adətən plastikdə rast gəlinən zərərli bakteriyalardan da təmizləyə bilirlər. Qeyd etmək lazımdır ki, mikroplastik hissəciklər dedikdə diametri 5 mm təşkil edən plastik hissəciklər nəzərdə tutulur. Onlar sularda olan tullantıların daha kiçik hissələrə parçalanmaları nəticəsində əmələ gəlirlər. Bu kateqoriyaya sintetik paltar liflərinin qalıqları, avtomobil təkərlərinin fraqmentləri və zərərli bakteriyaların maraq dairələrinə daxil olan digər plastik materiallar aiddirlər.

Brno Texniki Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış mikroskopik ölçülü sferik robotların eni cəmi 2.8 mikrometr təşkil edir. Onların gövdələrinin hazırlanmasında Dynabead adlı maqnit muncuqdan istifadə edilir. Hər bir robotun gövdəsinin səthinə isə müsbət cərəyanlı polimer iplər bərkidilir. Suya daxil olandan və fırlanan maqnit sahəsinin təsirindən sonra bu robotlar bir-biriləri ilə birləşərək yastı strukturlar yaradırlar və həmin strukturlar maqnit dalğaları istiqamətində hərəkət edirlər.
     
Robotların bu cür hərəkətləri nəticəsində mikroplastik hissəciklər və bakteriyalar onların gövdələrinin səthlərində olan müsbət cərəyanlı polimer iplərə cəzb olunurlar. 30 dəqiqəlik bu prosesdən sonra mütəxəssislər mikroplastik hissəciklər ilə bakteriyaları robotlardan ayırıblar və bütün mikrobları məhv etmək üçün onları ultrabənövşəyi şüalanma vasitəsilə emal ediblər. Məlumatda qeyd edilib ki, robotları təkrar şəkildə istifadə etmək mümkündür. Lakin bu texnologiyanın miqyasını genişləndirmək üçün 5-10 il vaxt lazım olacaq.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap