AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Şəkər pambığına bənzəyən planet kəşf edilib!

17.05.2024 /

Alimlər şəkər pambığına bənzəyən ekzoplanet kəşf ediblər. Açıqlamaya görə, WASP-193b adlı planet indiyə qədər kəşf edilən ikinci ən yüngül planetdir.


Astronomlar Günəş sistemindən kənarda şəkər pambığına bənzər ekzoplanet kəşf ediblər. WASP-193b olaraq adlanan planetin eni Yupiterdən təxminən 1.5 dəfə böyükdür, lakin kütləsi Yupterin kütləsinin yalnız onda birinə bərabərdir. Açıqlamaya görə, WASP-193b eyni zamanda indiyə qədər kəşf edilmiş ikinci ən yüngül planetdir. WASP-193b, indiyə qədər aşkar edilmiş 5400 ekzoplanetdən Neptuna bənzər yeganə planet olan Kepler 51d-dən daha ağırdır. Yerdən təxminən 1200 işıq ili uzaqda yerləşən WASP-193b, öz ulduzundan 10.13 milyon kilometr məsafədə fırlanır və tam orbitini 6.2 günə tamamlayır. WASP-193b, Puffy Jupiters adlı planetlər sinfinə aiddir və bu sinfin uc nöqtələrini təmsil edir.

 

Alimlər biri şimal yarımkürəsində, digəri isə cənub yarımkürəsində olan iki robot rəsədxanası və teleskop massivindən ibarət olan WASP və ya Geniş Bucaqlı Planet Axtarış sistemindən istifadə edərək WASP-193b-ni kəşf ediblər. WASP-193b-nin kütləsi, orbitdə fırlanan zaman ulduzuna etdiyi cazibə qüvvəsini müşahidə etməklə müəyyən edilmişdir. Normal şəraitdə belə böyük planetlərin öz ulduzlarına güclü təsir göstərməsi gözlənilir. Lakin WASP-193b-nin kütləsi və sıxlığı o qədər aşağıdır ki, alimlərin bu effekti dəqiq şəkildə müəyyən etməsi 4 il çəkib. Tədqiqatda iştirak edən Andalusiya Astrofizika İnstitutunun baş elmi işçisi Francisco Pozuelos, WASP-193b-ni hazırda mövcud olan bütün formalaşma nəzəriyyələrində hara qoyacaqlarını bilmədiklərini söyləyib. Buna səbəb isə WASP-193b-nin formalaşmasının bütün bu formalaşma nəzəriyyələrinin hamısına zidd olmasıdır.
 
Tədqiqatçılar sözlərinə görə, şəkər pambığının sıxlığı hər kub santimetr üçün təxminən 0.05 qram təşkil etdiyi halda, WASP-193b-nin sıxlığı hər kub santimetr üçün cəmi 0.059 qram təşkil edir. Dünyanın sıxlığı isə hər kub santimetr başına 5.5 qram təşkil edir. Ona görə də, bu planeti şəkər pambığı olaraq adlandırmaq elə də səhv olmaz. Alimlər hesab edirlər ki, WASP-193b, əsasən, Yupiter və digər qaz nəhəngləri kimi hidrogen və heliumdan ibarətdir. Ancaq bu planetin necə əmələ gəldiyi və indiki atmosferini necə saxladığı hələlik sirr olaraq qalır. Tədqiqatçılar müxtəlif alətlər, o cümlədən James Webb Kosmik Teleskopu ilə planeti daha yaxından tədqiq etməyi hədəfləyirlər.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap