İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş
27.05.2024 /Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri müzakirə olunub.