AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

NASA, Psyche kosmik gəmisinin futuristik ion mühərriklərini işə salıb!

30.05.2024 /

 

NASA, Marsın kənarındakı əsas asteroid qurşağında yerləşən və metalla zəngin asteroidə doğru yavaş-yavaş hərəkət edən Psyche kosmik gəmisinin ion mühərriklərini işə saldığını açıqlayıb.

     
Gələn il ərzində kosmik gəmi, missiya planlaşdıranların "tam kruiz" olaraq adlandırdıqları rejimdə olacaq və elektrik mühərriklərini işə salmaqla orbiter-i asteroid qurşağına doğru itələyəcək. İtələyicilər yüklü ksenon atomlarını və ya ionlarını xaric etməklə işləyir və kosmik gəminin arxasından mavi parıltı yayırlar. Bu itələyicilər, Psyche-nin günəş işığı ilə işləyən inanılmaz dərəcədə səmərəli günəş elektrik mühərrik sisteminin bir hissəsidir. İonlaşmış ksenonun yaratdığı təkan çox yüksək olmasa da, Psyche-nin ehtiyaclarını ödəyə bilər. NASA-nın sözlərinə görə, hətta tam kruiz rejimində belə bu itələyicilərin göstərdiyi təzyiq, ovucunuzda bir neçə sikkə tutduğunuz zaman hiss etdiyiniz təzyiqlə eynidir.

 
Psyche, hazırda 300 milyon kilometr uzaqlıqdadır və saniyədə 37 kilometrsürətlə hərəkət edir. Bu, təxminən saatda 135.000 km sürət deməkdir. NASA, itələyicilərin davamlılığı və heç bir atmosferin olmaması səbəbindən Psyche-nin 200.000 km/saat sürətə çatacağını bildirir. Psyche kosmik gəmisinin missiyası, adından da göründüyü kimi, metalla zəngin olan Psyche asteroidinə çatmaqdır. Bu yol xəritəsinə əsasən, kosmik gəmi 2029-cu ildə asteroidə çatacaq və 2 il orbitdə qalacaq. 280 kilometr enində olan “Psyche” asteroidi, metal nüvəyə malik qayalı planetlərin əmələ gəlməsi haqqında dəyərli məlumatlar verə bilər.
 
Bundan başqa, NASA, bu kosmik gəmidə Deep Space Optical Communications (DSOC) modulunu da daşıyır. Bu vasitə, kosmosda lazer rabitəsi üçün sınaq mərhələsidir və indiyədək bir sıra testləri həyata keçirib. Aprel ayında DSOC vasitəsilə 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə Yerə lazer mesajı ötürülüb. Dekabr ayında isə kosmosdan 15 saniyəilk ultra HD pişik videosugöndərilmişdir.
 
Digər tərəfdən, ion mühərriki (Hall mühərriki, elektrik mühərriki) NASA üçün həm nisbətən yeni, həm də kifayət qədər köhnə texnologiyadır. NASA ilk ion itələyicisini 1964-cü ildə sınaqdan keçirib. NASA, ilk dəfə 1998-ci ildə Deep Space 1 missiyasızamanı gələcək planetlərarası missiyalar üçün müxtəlif qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi üçün kosmik gəminin əsas itələyicisi kimi ion itələyicilərindən istifadə etmişdi. Bu itələyiciləri Yer üzündə istifadə etmək mənasız olsa da, hər hansı bir hərəkət edən hissələrinin olmaması onları kosmosda təhlükəsiz bir seçim edir.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap