AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

OpenAI şirkəti robototexnika sahəsinə geri qayıdır

05.06.2024 /
OpenAI şirkəti özünün robototexnika şöbəsini hələ 2020-ci ildə ləğv etmişdi. Hal-hazırda şirkət öz süni zəka texnologiyalarını robot istehsalı ilə məşğul olan kənar şirkətlərə təqdim edir. Verilmiş məlumata əsasən OpenAI 2020-ci ildə ləğv etmiş olduğu robototexnika şöbəsini süni zəka əsaslı robotlara investisiyaların artması səbəbilə yenidən bərpa edir. Məlumatda qeyd edilib ki, OpenAI hal-hazırda robototexnika şöbəsinin komandasını bərpa etmək üçün mühəndis tədqiqatçıları işə götürür. Şirkətin robototexnika üzrə yeni komandası hələ 2 aydan az müddət ərzində mövcuddur. Qeyd etmək lazımdır ki, OpenAI son 1 il ərzində robototexnika sahəsindəki bir sıra şirkətə investisiyalar yatırıb.
     
Onların arasında Fig AI, 1X Technologies və Physical Intelligence şirkətləri var. OpenAI şirkətinin robototexnika sahəsinə marağının geri qayıtması ilk dəfə fevral ayında Fig AI üçün vəsait yığımına həsr edilmiş press-relizdə qeyd edilmişdi. Nəticədə 1 aydan sonra Fig AI şirkəti OpenAI tərəfindən təlimatlandırılmış süni zəka modelinə sahib robotunu təqdim etdi. Məlumata əsasən OpenAI robot istehsalçıları ilə rəqabət aparmaq əvəzinə onlarla eyni səviyyədə fəaliyyət göstərməyə hədəflənib. OpenAI bu sahədə digər şirkətlərin öz məhsullarında istifadə edə biləcəkləri texnologiyaları hazırlamağı planlaşdırır. Robototexnika OpenAI şirkətinin təsis edildiyi ilk gündən şirkətin əsas istiqamətlərindən biri idi.
     
OpenAI şirkətinin həmtəsisçisi olan Wojciech Zaremba-nın rəhbərliyi altında robototexnika komandası ümumi məqsədlər üçün nəzərdə tutulmuş robotun hazırlanmasına istiqamətlənmişdi. 2019-cu ildə OpenAI neyron şəbəkəsinə kubik rubiki robot əl vasitəsilə yığmağı öyrətmişdi. Lakin Zaremba-nın sözlərinə əsasən təlimatlandırma prosesi üçün yetəri qədər məlumat olmadığı üçün robototexnika şöbəsi nəticədə ləğv edildi. Şirkət ləğv edilmiş şöbənin komandasının gücünü digər layihələrə yönləndirdi. Robototexnika komandasının bəzi keçmiş üzvləri şirkət daxilində digər şöbələrdə çalışırlar. Məsələn Zaremba-nın özü GPT süni modellərinin hazırlanmasına rəhbərlik edir. OpenAI şirkətinin öz robototexnika şöbəsini bərpa etməsinə baxmayaraq onun bu sahədə hansısa təchizatı hazırlayıb-hazırlamayacağı bilinmir.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap