AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub

06.06.2024 /
Atronomlar Süd Yolu qalaktikasının mərkəzindən 1 işıq ili radiusunda potensial yeni növ ulduzları kəşf etmiş ola bilərlər. Məlumata əsasən potensial olaraq kəşf edilmiş yeni növ ulduzlar sirli qaranlıq materiya hissəciklərinin məhv olmaları hesabına mövcuddurlar. Bu isə həmin ulduzları demək olar ölümsüz edir. Süd Yolu qalaktikasının mərkəzini müxtəlif səbəblərdən müşahidə etmək çox qəlizdir. Qalaktikanın mərkəzində Oxatan A* (Sagittarius A*) adlı super kütləli qara dəlik yerləşir. Bu qara dəliyin kütləsi Günəşin kütləsindən 4 milyon dəfə böyükdür. Bu qara dəliyə yaxın sahədə qalaktika mərkəzinin ətrafında ulduzlar saniyədə 1000 km sürətlə dövr edirlər.
     
Müqayisə üçün qeyd etmək lazımdır ki, bizim Günəşin qalaktika mərkəzi ətrafında dövretmə sürəti saniyədə 240 km təşkil edir. Qalaktikanın mərkəzinə yaxın olan ulduzlar öz özəlliklərinə görə qalaktikadakı heç bir digər ulduza bənzəmirlər. Qalaktikanın mərkəzində ulduzların necə formalaşdıqları da hələ indiyənə kimi tam aydın deyil. Belə ki, qalaktikanın mərkəzində yeni ulduzların formalaşması üçün münbit şərait yoxdur. Bununla belə güman olunur ki, həmin ulduzlar cavan və olduqca kütləlidirlər. Məlumdur ki, ulduz termonüvə sintez reaksiyası çərçivəsində öz nüvəsindəki hidrogeni yandırır.
     
Nəticədə yaranan istilik şüalanması plazma konveksiyası ilə birlikdə ulduzun qravitasiya təsiri altında sıxılmasına imkan vermir. Bununla belə alimlər güman edirlər ki, bizim qalaktikada qaranlıq materiya mövcuddur. Onun mövcudluğuna adi materiyanın lazımi miqdarda aşkar edilməməsinə dair müşahidələr işarə edirlər. Alimlər düşünürlər ki, qaranlıq materiya böyük miqdarda məhz qalaktikanın mərkəzində mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, qalaktikanın mərkəzinə yaxın olan ulduzların tərkiblərinə məhz qaranlıq materiya daxil ola bilər.
     
Mövcud fərziyyəyə əsasən qaranlıq materiya hissəciklərinin və antihissəciklərinin bir-biriləri ilə toqquşmaları səbəbilə məhv olmaları qalaktikanın mərkəzinə yaxın ulduzların sıxılaraq məhv olmalarından qoruyur. Ulduzların təkamülü modelləşdirməsi sayəsində alimlər güman edirlər ki, ilk əvvəl adi ulduzlar qalaktikanın mərkəzinə yaxın sahəyə doğru irəliləyiblər və nəticədə onların tərkiblərinə qaranlıq materiya daxil olmağa başlayıb. Milyardlarla il sonra isə həmin ulduzlar çox nəhəng və böyük kütləli hala gəliblər.
     
Ulduzların təkamül modelləşdirməsinə əsasən bu cür ulduzlar qaranlıq materiya hesabına olduqca dəyişiblər. Bu isə tamamilə yeni növ ulduzların formalaşmasına səbəb olub. Qaranlıq materiyanın həmin ulduzlara təsiri nəticəsində isə onlar ölümsüz və daima cavan hala gəliblər. Bu cür ulduzların həqiqətən də mövcud olub-olmadıqlarını gələcəkdə istifadəyə veriləcək daha güclü teleskoplar vasitəsilə təsdiqləmək mümkün olacaq. Belə ki, məhz güclü teleskoplar Süd Yolu qalaktikasının mərkəzindəki ayrı-ayrı ulduzları müşahidə etməyə imkan verəcəklər.
technote.az
Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap