AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb

10.07.2024 /
İqlim böhranı Yer kürəsində hökm sürməyə davam edir. Nəticədə planetin müxtəlif nöqtələrində istilik dalğaları, quraqlıqlar və meşə yanğınları müşahidə edilir. Atlantikadakı qasırğalar sezonu isə bu dəfə daha ekstremal hal alıb. Bizim planet qlobal miqyasda uzumüddətli rekord istilik dövrünü yaşayır. Mütəxəssislər bildiriblər ki, 2024-cü ilin iyun ayı indiyənə kimi müşahidə edilmiş iyun ayları arasında ən istisi olub. Bununla yanaşı bu ilin iyun ayı rekord yüksək temperatura sahib ardıcıl 13-cü ay olub. Beləliklə 2023-cü ilin iyun ayından başlayaraq hər ay tarixdə ən isti ay kimi qeydə alınıb.
     
Bu isə öz növbəsində qlobal istiləşmə tendensiyasının mövcudluğunu sübut edir. Avropa Birliyinin Copernicus adlı iqlim dəyişikliyi xidmətinin məlumatlarına əsasən bu ilin iyun ayında orta qlobal temperatur göstəricisi 16.66 dərəcə Selsi təşkil edib. Bu isə keçən ilin iyun ayındakı orta qlobal temperatur göstəricisindən 0.14 dərəcə Selsi daha yüksəkdir. Alimlər həmçinin narahatdırlar ki, keçən ay müşahidə edilmiş orta temperatur göstəricisi 1991-ci ildən 2020-ci ilə kimi müşahidə edilmiş iyun aylarındakı orta temperatur göstəricisindən 0.67 dərəcə Selsi yüksəkdir. Mütəxəssislər belə qənaətə gəliblər ki, planetdəki bu period adi statistik qəribəlikdən daha böyük bir faktor rolunda çıxış edir.
     
Faktiki olaraq temperatur rekordlarına imza atan period planetin iqlimində gedən böyük və davamlı dəyişiklikləri əks etdirir. Aparılmış yeni müşahidələr həmçinin onu göstəriblər ki, son 12 ay ərzində orta qlobal temperatur göstəricisi 1991-ci ildən 2020-ci ilə kimi olmuş orta qlobal temperatur göstəricisindən 0.76 dərəcə Selsi daha yüksək olub. Mütəxəssislərin sözlərinə əsasən rekord dərəcədə istilik dalğaları planetin quru sahəsi ilə yanaşı su sahəsinə də təsir göstəriblər. Məlumata əsasən keçən ay dəniz səthinin orta qlobal temperatur göstəricisi 20.85 dərəcə Selsi təşkil edib. Yəni dəniz səthindəki temperatur göstəricisi 15-ci aydır ki, ən yüksək göstəricini əks etdirir.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap