AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Daha öncə kəşf edilmiş ekzoplanetin səthində okean mövcud ola bilər

10.07.2024 /
James Webb kosmik teleskopu vasitəsilə LHS 1140 b adlı ekzoplanet üzərində aparılmış müşahidələrə əsasən bu ekzoplanet çox güman ki, okeana sahibdir və onda potensial olaraq həyat üçün münbit şərait mövcuddur. Bununla belə sözügedən ekzoplanet Yer kürəsinə nisbətən yaxın məsafədə yerləşir. Hal-hazırda alimlər Günəş sistemindən kənarda həyat üçün münbit şəraitə sahib planetlərin axtarışı ilə məşğuldurlar. Bunun üçün həmin planetlər öz ulduzları ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr etməlidirlər. Mövcud elmi modellərə əsasən həyatın formalaşması üçün vacib olan amillərdən biri də sudur. LHS 1140 b adlı ekzoplanet daha öncə də müşahidə edilib.
   
Lakin James Webb teleskopu onun maraqlı özəlliklərini aşkara çıxarıb. Qeyd etmək lazımdır ki, sözügedən ekzoplanet Yer kürəsindən 48 işıq ili uzaqlığında yerləşir. Kosmik miqyasda bu elə də böyük bir məsafə deyil. Alimlər hesab edirlər ki, LHS 1140 b ekzoplaneti sərt səthə, atmosferə və maye şəklində suya sahib ekzoplanetdir. Yəni bu ekzoplanet həyat üçün münbit şəraitə sahib ekzoplanet ola bilər. LHS 1140 b üzərində daha öncə aparılmış müşahidələrə əsasən o ya mini Neptundur (Neptundan daha kiçik ölçüyə sahib planet) ya da Super Yerdir (Yer kürəsindən daha böyük sərt səthli planet). James Webb vasitəsilə aparılmış yeni müşahidələrə əsasən LHS 1140 b ekzoplaneti ikinci varianta uyğun gəlir.
   
Alimlər hesab edirlər ki, bu ekzoplanet Yer kürəsində olduğu kimi azotla zəngin atmosferə sahibdir. LHS 1140 b ekzoplaneti Günəşdən 5 dəfə kiçik olan ulduz ətrafında dövr edir. Həmin ulduz yüksək aktivliyə sahib deyil. Bu isə o deməkdir ki, ulduzun şüalanması ekzoplanetin atmosferini yox etməməlidir. Sözügedən ekzoplanet haqqında ən maraqlı faktor ondan ibarətdir ki, onun kütləsinin 10-20%-i maye şəklində sudan təşkil edilmiş ola bilər. Alimlər hesab edirlər ki, ekzoplanetin bir tərəfi buz şəklində su örtüyünə, digər tərəfi isə maye şəklində su örtüyünə sahibdir. Bunun əsas səbəbi isə planetin yalnız bir tərəfinin ulduza tərəf istiqamətlənməsindədir. Məlumata əsasən ekzoplanetin maye şəklində suya sahib tərəfində suyun temperaturu 20 dərəcə Selsi təşkil edə bilər. Lakin bütün bu məlumatları təsdiqləmək üçün ekzoplanet üzərində əlavə müşahidələr aparılmalıdır.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap